Icma.az
close
up
RU
Lux International Hospital: Gələcəyin səhiyyə standartları artıq Bakıdadır AZƏRTAC

Lux International Hospital: Gələcəyin səhiyyə standartları artıq Bakıdadır AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 dekabr, AZƏRTAC

Bu gün Bakıda öz müasir texnologiyaları və yüksək xidməti ilə seçilən "Lux International Hospital"ın açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində rəsmi qonaqlar, tibb ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

İcraçı direktor Hacı Quliyev qonaqlara "Lux International Hospital"ın iş prinsipi və göstərdiyi xidmətlər haqqında məlumat verib. O qeyd edib ki, klinika ən son texnologiyaları, peşəkar təcrübəni və insan mərhəmətini bir araya gətirərək xalqın sağlamlığına xidmət etməyi qarşısına məqsəd qoyur.

Daha sonra klinikanın fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Bildirilib ki, klinikada poliklinika, stasionar, reanimasiya və intensiv terapiya, əməliyyatxana bloku, radiologiya, laboratoriya, göz mərkəzi və digər sahələr ixtisaslı həkim və mütəxəssislərin iştirakı ilə tam təchiz olunub. Klinikanın poliklinika şöbəsində xəstələrə hər tərəfli ambulator xidmət göstərilir. Ultrasəs müyinəsi (USM), EXO kardioqrafiya, EEQ və Doppler müayinə kimi qabaqcıl texnologiyalarla təmin edilən diaqnostika imkanları sağlamlıq problemlərinin erkən mərhələdə aşkarlanmasını təmin edir. Beynəlxalq standartlara cavab verən anesteziologiya və əməliyyatxana bloku fəaliyyət göstərir. Burada acıq ürək və beyin əməliyyatları, digər cərrahi prosedurlar mütəxəssis həkimlər tərəfindən aparılır. Həmçinin oftalmologiya, fizioterapiya, qastroenterologiya, pediatriya və plastik cərrahiyyə kimi müxtəlif xidmətlər göstərilir. Burada təqdim olunan süni tənəffüs cihazları, maqnit rezonans tomoqrafiya və ERCP prosedurları xəstələrin müalicəsinin vaxtında və effektiv şəkildə həyata keçirilməsini təmin edir.

Nərimanov Rayon İcra Hakimiyyəti başçının müavini İlqar Mirzəyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova çıxış edərək bütün müasir tələblərə uyğun təchiz edilmiş "Lux International Hospital"ın vətəndaşlara göstərdiyi xidmətləri yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Hospitalın icraçı direktoru Hacı Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, xəstəxana çox böyük texniki bazaya malikdir: “Ən son cihaz və avadanlıqlar bizim xəstəxanada pasiyentlərin ixtiyarına verilir. Çünki bu xəstəxananın demək olar ki, bütün avadanlıqları tam olaraq sıfırdan alınıb. Xəstəxanamız daha çox belə relaks bir şəkildə hotel səviyyəsində olan bir xəstəxanadır. Əsas məqsədimiz odur ki, bizə müraciət edən pasiyentlər həm müalicələrini alsınlar, həm də belə demək olarsa, dincəlsinlər. Yəni bütün paket xidmətlər veririk və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləmiz var”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib ki, açılışı olan "Lux International Hospital" müasir texnologiyalardan istifadə edərək əhalinin sağlamlığının qorunması keşiyində duracaq: “Güman edirəm ki, bu gün burada, bu açılışda Azərbaycan əhalisinə, xalqımıza, millətimizə, Bakı şəhərinin əhalisinə təqdim ediləcək bu "Lux International Hospital"ında dünyanın ən yüksəksəviyyəli icra mexanizmi çətin olan əməliyyatlar həyata keçiriləcək. Çünki bu klinikanın hədəfi, məqsədi məhz budur”.

Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib ki, hospital insanların bütün ən yüksəksəviyyəli səhiyyə xidmətləri ilə təminatında əvəzsiz rol oynayacaq: “Burada yarı hotel və xəstəxana tipi mövcuddur. Bu da bir şəhərimiz üçün yenilikdir. Yəni ən yüksək səviyyədə insanlar burada qarşılanır, onlara qayğı, diqqət göstərilir. Tibbin bir çox sahələri burada yüksəksəviyyəli həkimlərlə təmin olunub və bir çox sahələri burada təmsil olunacaq. Düşünürük ki, belə hospitallarımızın sayı çox olacaq və insanlarımız belə yüksək səviyyəli xidmətlərdən istifadə edə biləcəklər”.

Tədbirin sonunda qonaqlar klinikanın infrastrukturu ilə yaxından tanış olub və xatirə rəsmləri çəkilib.

Qeyd edək ki, klinikada poliklinika, stasionar, reanimasiya və intensiv terapiya, əməliyyatxana bloku, radiologiya, laboratoriya, göz mərkəzi və digər sahələr ixtisaslı həkim və mütəxəssislərin iştirakı ilə təchiz olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri