Icma.az
close
up
RU
Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a bildirib ki, kreditlərdən çıxa bilməməyin əsas səbəbi gəlirlərin çatışmazlığıdır:

“Əgər gəlir və ya əməkhaqqı kifayət qədər yüksək olarsa, onun müəyyən hissəsini kredit ödənişinə yönəltməklə həmin krediti qısa müddətdə bağlamaq mümkündür. Lakin gündəlik zəruri istehlak mallarının alınması, eləcə də müəyyən ehtiyacların qarşılanması üçün məcburi kredit götürülməsi sonradan həmin borcların daimi və davamlı xarakter almasına gətirib çıxarır.

Maaş daxil olur, şəxs həmin vəsaitlə kredit kartı üzrə borcunu ödəyir. Bundan sonra gündəlik xərclərini qarşılamaq üçün kartda kifayət qədər vəsait qalmır. Nəticədə ya növbəti kreditə müraciət etməyə, ya da yenidən kredit kartı ilə ödənişlər etməyə məcbur olur. Beləliklə, vətəndaş yenidən borclanır və artıq hər ay eyni prosesi təkrarlamalı olur.

Nəticədə vətəndaş faktiki olaraq gələcək maaşını əvvəlcədən xərcləmiş olur. Bu isə iqtisadi baxımdan ciddi problemlərin yaranmasına, ailə büdcəsinə əlavə yük düşməsinə və maliyyə imkanlarının daha da məhdudlaşmasına səbəb olur.

Bunun əsas səbəblərindən biri gəlirlərlə yaşayış xərcləri arasında ciddi fərqin olmasıdır. Yəni gəlirlər aşağı, yaşayış xərcləri isə yüksəkdir. Ərzaq, kommunal xidmətlər, kirayə və digər məcburi xərclər inflyasiya və ümumi iqtisadi şərait fonunda getdikcə artır. Hər dəfə qiymətlər yüksəldikcə bu, ailə büdcəsində əlavə yük yaradır.

Eyni zamanda xərclərin yüksək olması insanların əlavə pul yığmasına da imkan vermir. Halbuki gözlənilməz xərclər hər zaman yarana bilər. Məsələn, toy və yas mərasimləri, xəstəlik və müalicə xərcləri, səfərlər, başqa ölkəyə getmək zərurəti və digər nəzərdə tutulmayan hallar müəyyən maliyyə ehtiyatının olmasını tələb edir. Belə bir yığım olmadıqda isə kreditə ehtiyac yaranır.

Həmin kredit bir müddətdən sonra borc yükünə çevrilir. Borc ödənişlərindən sonra əldə olunan əməkhaqqının gündəlik ehtiyacları qarşılamağa kifayət etməməsi də əsas problemlərdən biridir. Bu vəziyyət artıq əhalinin böyük bir hissəsi üçün sanki gündəlik həyat tərzinə çevrilib”.

İqtisadçı qeyd edib ki, problemin həlli üçün daha yüksək əməkhaqqı təklif olunan yerlərdə çalışmaq lazımdır:

“Problemin aradan qaldırılması üçün ilk növbədə daha yüksək əməkhaqqı imkanlarının axtarılması vacibdir. İnsanlar öz üzərlərində işləməli, bacarıqlarını artırmalı, ixtisaslarını təkmilləşdirməli, daha yüksək maaş təklif edən iş yerlərinə müraciət etməlidirlər. Eyni zamanda ailə büdcəsinin daha planlı şəkildə idarə olunması, zəruri olmayan xərclərin azaldılması və müəyyən qənaət mexanizmlərinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu, təkcə fərdi maliyyə davranışı ilə bağlı məsələ deyil, ümumilikdə iqtisadi xarakter daşıyan problemdir. İstər əmlakın, istər gündəlik istehlak mallarının, istərsə də müxtəlif xidmətlərin qiymətlərinin davamlı artması ailə büdcəsində ciddi çətinliklərin yaranmasına səbəb olur.

Məhz gəlirlə xərclər arasında yaranan bu boşluğu bir çox hallarda kredit kartları və ya birbaşa kredit müraciətləri doldurur. İnsan mövcud gəliri ilə xərclərini qarşılaya bilmədikdə kreditdən istifadə etməyə başlayır.

Düşünürəm ki, minimum əməkhaqqının artırılması da problemin həlli yollarından biri kimi nəzərdən keçirilə bilər. Minimum əməkhaqqının yüksəldilməsi həm də ona görə vacibdir ki, özəl şirkətlər işçilərinə müəyyən edilmiş minimum həddən aşağı əməkhaqqı ödəməsinlər.

Bununla yanaşı, ailə büdcəsinin düzgün tənzimlənməsi, daha yüksək əməkhaqqı olan iş yerlərinə müraciət etmək üçün ixtisasartırma, yeni bacarıqların əldə olunması və insanın öz üzərində işləməsi də mühüm rol oynayır.

Əsas səbəblər bunlardır və onların aradan qaldırılması vacibdir. Ölkənin iqtisadi sisteminin daha da inkişaf etdirilməsi, yeni və daha yüksək maaşlı iş yerlərinin yaradılması, əməkhaqlarının artırılması da bu məsələdə xüsusi qeyd olunmalıdır.

İqtisadi problem ondan ibarətdir ki, əldə olunan gəlir mövcud xərcləri qarşılamağa kifayət etmir. Kreditlərin asan əlçatan olması isə bu problemi borclanma probleminə çevirən əsas amillərdən biridir.

Yəni kreditin əlçatan olması elə bir şərait yaradır ki, vətəndaş gündəlik maliyyə problemlərini həll etmək üçün məcburən kreditə müraciət edir. Bundan sonra isə borc yaranır və insan növbəti ayın əməkhaqqını faktiki olaraq əvvəlcədən xərcləmiş olur. Beləliklə, kredit ödənişi ilə yeni borclanma bir-birini əvəz edir və bu proses davamlı xarakter alır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Sentyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri