Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Futbol bileti olanlar vizanı tez alacaqlar

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir

Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Dünya düzənində gedən qlobal dəyişikliklər dövründə qonşu ölkələrlə hörmət, inam və etimada söykənən,  qarşılıqlı fayda və səmərəlilik prinsiplərinə əsaslanan münasibətlərin qurulması, inkişaf etdirilməsi yüksək siyasi iradə tələb edir. Bu mənada, Prezident İlham Əliyevin beynəlxalq aləmdə çevik və düşünülmüş siyasəti ciddi maraq doğurur. Dövlət başçısının müxtəlif ölkələrə mütəmadi həyata keçirdiyi rəsmi-işgüzar səfərlər, baş tutan görüşlər, səfər çərçivəsində imzalanan strateji əhəmiyyətli sənədlər, etibarlı tərəfdaş imici ölkəmizə ciddi siyasi dividentlər gətirməkdədir. Strateji tərəfdaşlarımızın sayının çoxaldılmasına xüsusi diqqət ayıran ölkə başçımız Şərqi Avropa ölkəsi olan Macarıstanla əlaqələrin inkişafına da xüsusi önəm verir. Prezident İlham Əliyevin bu günlərdə Macarıstana rəsmi səfəri iki ölkə arasında çoxşaxəli mahiyyət daşıyan əlaqələr olduğunu bir daha təsdiq edir.

Səfər çərçivəsində keçirilən tədbirlərdə dövlətimizin başçısının və dost ölkənin Baş naziri Viktor Orbanın ifadə etdikləri fikirlərdən açıq- aydın görünür ki, hər iki tərəf öz aralarındakı dostluq münasibətlərinin, yüksək siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi sahədə əməkdaşlığın möhkəmləşməsində də maraqlıdırlar.

Hələ Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Macarıstanın bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək verməsi, rəsmi Budapeştin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında önəmli rol oynaması iki dövlət arasındakı qarşılıqlı etimad münasibətlərinin göstəricisi kimi dəyərləndirilməlidir. Macarıstanın Türk Dövlətləri Təşkilatında  təmsil olunması sözügedən ölkənin həm də Azərbaycanla sıx əməkdaşlığından və bu əməkdaşlığın daha geniş platformalarda davam etdirilməsinin zəruriliyindən qaynaqlanan bir amil kimi də qiymətləndirilə bilər.

Xüsusi vurğulamaq lazımdır ki, Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Rəsmi Budapeşt ilk günlərdən Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləməklə yanaşı, bu layihəyə qoşulmaqda maraqlı olduğunu da ifadə edib. CQD-nin Məşvərət Şurasının  Bakı iclaslarında Macarıstandan olan nümayəndələrin də mütəmadi iştirakı, şübhəsiz Macarıstanın Cənub Qaz Dəhlizi layihəsinə olan münasibətini və təbii ki, Azərbaycanla enerji sahəsində olan əməkdaşlığı inkişaf etdirməkdə nə dərəcədə maraqlı olduğunu nümayiş etdirir.

 Prezident İlham Əliyev mətbuata Bəyanatında bu məsələyə ciddi önəm verdiyimizi və bundan sonra da əməkdaşlığın inkişafında maraqlı olduğumuzu qeyd edərək bildirmişdir:” Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq bizim əməkdaşlığımızın başqa sahələri var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.”

Azərbaycanla Macarıstanın iqtisadi sahədə əməkdaşlığında enerji məsələləri daha çox aktuallıq daşısa da, digər istiqamətlərdə də belə imkanlar kifayət qədər genişdir. İki dost ölkə nəqliyyat sahəsində koordinasiyalı fəaliyyət həyata keçirir. Belə ki, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanıb. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmində kəskin artımlar müşahidə edilməkdədir.

Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanda müasir nəqliyyat infrastrukturu qurulub. Bunun da sayəsində açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika habına çevrilib.  Prezident İlham Əliyevin mətbuata bəyanatında da qeyd etdiyi kimi, burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

Macar xalqının əhəmiyyətli hissəsinin özünü türk mədəni arealının ayrılmaz bir parçası hesab etməsi, qarşılıqlı əlaqələrin ən müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verir. Belə bir ölkə ilə, özü də Avropada strateji mövqeyi olan ölkə ilə münasibətlərin getdikcə inkişaf etdirilməsi cənab Prezidentin həm də Türk dünyasına ən layiqli töhfələrindən biri hesab edilməlidir.

İşğaldan azad olunmuş ərazilərimizin bərpasında, minaların təmizlənməsində dəstəyini əsirgəməyən Macarıstanla yeni layihələrin həyata keçirilməsi, Azərbaycan qazının və enerji resurslarının Avropaya çatdırılmasında tranzit ölkə kimi əlaqələrin inkişaf etdirilməsi gələcək perspektivlərdən xəbər verir.

Bunu bəyanatında qeyd edən cənab İlham Əliyev “bu gün, eyni zamanda, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır.  Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq”-deyə bildirmişdir.

Əminliklə deyə bilərik ki, ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsi üçün Macarıstanın potensialı və Azərbaycanın inkişaf edən geostrateji əhəmiyyəti qlobal anlamda da pozitiv dəyişikliklərə səbəb olacaq. Budapeştdə imzalanmış Azərbaycan-Macarıstan sənədləri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq, investisiya qoyuluşunu artırmaq, podrat layihələrində iştirak etmək imkanlarını kifayət qədər genişləndirir. Beləliklə təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələrini vurğulamaq vacibdir. Belə ki, Azərbaycanın 200 gənci tələbə təqaüdləri ilə Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli bir hadisədir.

Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması  həyata keçirilən xarici siyasətdə yenə də üstünlük təşkil etmişdir.

 Dövlətimizin başçısının Macarıstana səfəri bu əlaqələrin gələcək perspektivləri üçün əhəmiyyətli yeniliklərə səbəb olacaq. Azərbaycanla Macarıstanın əlaqələri hər iki ölkənin xalqı üçün əhəmiyyətlidir. Əlaqələrin dərinləşməsi iqtisadi layihələrin də sayının çoxalmağına səbəb olacaq. Bundan isə ölkə büdcələri yeni daxilolmalar fonunda zənginləşəcək. Bu konteksdə, dövlət başçımızın bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə olunmalıdır.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see410

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see266

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see266

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see167

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see162

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see152

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see130

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see124

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri