Macarıstan millisinin qapıçısı: İsveç və Azərbaycanla matçlarda məqsəd qələbə qazanmaq olacaq
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Macarıstan milli komandasının qapıçısı Deneş Dibus İsveç (6 iyun) və Azərbaycan (10 iyun) ilə keçiriləcək yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan macar qolkiper Bakıda keçiriləcək oyun haqda bunları deyib:
"Fərqli oyun üslubuna və keyfiyyətlərinə malik iki rəqibə qarşı oynayacağıq. Bununla belə, hər iki görüşdə məqsəd qələbə qazanmaq olacaq. Azərbaycanla görüşdə də qalibiyyət istəyirik. Bundan başqa, bu görüşlər baş məşqçiyə yeni oyunçuları sınaqdan keçirmək, bəzilərini başqa mövqelərə çəkmək və ya matçın gedişində oyun sistemini dəyişməyə cəhd etmək imkanı verəcək".
Azərbaycan - Macarıstan matçı Bakıdakı "Liv Bona Dea Arena" stadionunda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 04 İyun 2025 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















