Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Macarıstan vetosu formal olaraq qalacaq POLİTOLOQ

Macarıstan vetosu formal olaraq qalacaq POLİTOLOQ

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Yeni Aİ mexanizmi ilə Ukrayna və Moldova üzvlüyə yaxınlaşır


Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üçün 27 üzv dövlətin hamısının razılığı tələb olunur. Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. Onun sözlərinə görə, Macarıstan digər 26 ölkənin mövqeyinə əhəmiyyət vermir. Orban vurğulayıb ki, macarlar ukraynalılarla birlikdə Avropa İttifaqında olmaq istəmirlər: "Mən bununla razıyam, çünki əgər kiminləsə ittifaqda olursunuzsa, onun taleyini də bölüşməlisiniz". 

Macarıstanın baş naziri bildirib ki, ölkəsi başqalarının yükünü öz üzərinə götürməməlidir: "Onların taleyi Rusiya ilə yanaşı yaşamaq və ruslarla daim münaqişədə olmaqdır. Biz bunu dəyişə bilmərik. Onların əzablarını öz üzərimizə götürməyin isə heç bir faydası olmayacaq". "Financial Times" Brüsseldəki mənbələrə istinadən məlumat yayıb ki, Avropa İttifaqının rəhbərliyi Ukrayna və Moldova ilə üzvlük istiqamətində texniki işlərə başlamağa hazırlaşır. Ukrayna 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalının başlamasından bir neçə həftə sonra Aİ-yə üzvlük üçün müraciət etmişdi. Az sonra Moldova da eyni addımı atdı. Hər iki ölkə ötən il Avropa İttifaqı ilə rəsmi danışıqlara başlamışdı. Lakin həmin vaxtdan bəri Macarıstan hökuməti bu prosesin irəliləməsinə mane olur.


Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında deyib ki, Avropa İttifaqına üzvlük üçün 27 üzv ölkənin yekdil razılığı tələb olunur. Ekspert bildirib ki, Avropa Komissiyası vəziyyətdən çıxış üçün qaydalara dəyişiklik təklif edib: 


"Yeni mexanizm Macarıstanın vetosunu dolayısı ilə neytrallaşdırmağa hesablanıb və müxtəlif  “klasterlər” üzrə texniki işlərin başlanmasını nəzərdə tutur. Bu isə rəsmi qərar qəbul edilməsə belə, inteqrasiya prosesinin faktiki olaraq işə düşməsi deməkdir. Brüsselin bu gedişi həm daxili, həm də kənar qüvvələrin müqavimətini neytrallaşdırmağa yönəlib. Bu qərar ilk növbədə Macarıstanın vetosunu formal olaraq saxlayıb, praktik təsirini zəiflətməyə imkan verəcək. Ukrayna və Moldova rəsmi şəkildə ittifaqa üzv qəbul edildikdən sonra bir çox imkandan faydalana biləcəklər. Macarıstan hökuməti isə Rusiya ilə münasibətlər və NATO-ya yaxınlaşmaq siyasətinə görə Ukraynanın alyansa üzvlüyünə qarşı çıxır. Rəsmi Budapeştin bu məsələlərdə fərqli mövqe ortaya qoyması onunla Brüssel arasındakı münasibətlərə də mənfi təsir göstərir". 


Z.Əmrəliyev vurğulayıb ki, İttifaq rəhbərliyi Macarıstana qarşı təcrid siyasəti həyata keçirsə də, Baş nazir Viktor Orban öz mövqeyini qorumaqda davam edir: 

"Təklif edilən bu üsul "de-fakto inteqrasiya" prosesini işə salır, yəni rəsmi üzvlük olmasa belə, real uyğunlaşmanın baş tutması nəzərdə tutulur. Bu isə gələcəkdə Ukrayna və Moldovanın tez bir zamanda ittifaqa üzvlüyünə zəmin hazırlayır. Çünki başlanan yeni proseslə bu ölkələr Avropa İttifaqının şərtlərinə cavab vermiş olacaqlar. Qəbul edilmiş yeni qərarla Macarıstanın vetosu formal olaraq qalacaq. Bu addım eyni zamanda Rusiya üçün də açıq bir geosiyasi mesajdır. Artıq Aİ, postsovet məkanındakı təsir dairəsini genişləndirməkdə qərarlıdır. İttifaq dövlətlərinin qəbul etdiyi bu qərar Brüsselin Moskva qarşısında güclənməsinə səbəb ola, eyni zamanda Ukrayna məsələsində Aİ-nin mövqeyini xeyli gücləndirə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri