Icma.az
close
up
RU
Macarıstanda “əmlak mafiyası” ifşa edildi: milyonlarla avro ziyan vurulub

Macarıstanda “əmlak mafiyası” ifşa edildi: milyonlarla avro ziyan vurulub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Budapeşt, 15 noyabr, AZƏRTAC

Macarıstan Prokurorluğu Budapeşt və Balaton gölü bölgəsində daşınmaz əmlakla bağlı genişmiqyaslı dələduzluqla məşğul olan cinayətkar şəbəkəni ifşa edib.

AZƏRTAC bu barədə M1 telekanalına istinadla xəbər verir.

Vesprem Prokurorluğunun məlumatına görə, hüquqşünasların və bank əməkdaşlarının iştirakı ilə fəaliyyət göstərən qrup cəmi bir neçə ay ərzində təxminən 1,5 milyard forint (təqribən 3,8 milyon avro) həcmində ziyan vurmağa müvəffəq olub.

Cinayətkarların sxemləri illər əvvəl planlaşdırılıbmış. Onlar saxta sənədlər və etibarnamələrdən istifadə etməklə evlərə, mənzillərə və torpaq sahələrinə qanunsuz şəkildə sahib çıxırıblar. Bəzi daşınmaz əmlak obyektləri bir neçə il əvvəl vəfat etmiş şəxslərə məxsus idi və onların məlumatlarından sadəcə müqavilələrin saxtalaşdırılması üçün istifadə olunub.

İttiham tərəfinin bildirdiyinə görə, qısa müddət ərzində dələduzlar hər biri 25–236 milyon forint dəyərində olan təxminən 10 obyektə sahib olublar. Ümumilikdə, mənimsənilmiş əmlakın dəyəri təqribən 1,3 milyard forint təşkil edir.

Cinayət sxemində girov əmlakının reallaşdırılması ilə məşğul olan bir şirkətin əməkdaşı əsas rol oynayıb. O, sahibsiz obyektlərin ünvanlarını və onların sahibləri barədə şəxsi məlumatları əks etdirən məlumat bazalarına çıxış imkanı əldə edib. Məhz bu məlumatlar sənədlərin saxtalaşdırılması və mülkiyyət hüququnun qanunsuz olaraq yenidən rəsmiləşdirilməsi üçün əsas olub.

Ümumilikdə, iş üzrə 24 nəfər məsuliyyətə cəlb olunub. Prokurorluq onlar üçün 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə, əmlakın müsadirəsi və müəyyən vəzifələri tutmaq hüququndan məhrumetmə cəzası tələb edir.

Qeyd etmək lazımdır ki, Macarıstanda oxşar hallar əvvəllər də baş verib. Cari ilin aprelində iki macar vəkillə bağlı hökm çıxarılıb. Onlar 2008–2014-cü illər arasında bir əmlak agenti ilə əlbir olaraq, yaşlı və sosial cəhətdən həssas vətəndaşlara məxsus daşınmaz əmlakı qanunsuz şəkildə ələ keçirmişdilər. Həmin vaxt dəymiş ziyan 70 milyon forint təşkil etmişdi. Vəkillərdən biri dörd il həbs cəzası alıb və hüquq praktikasından məhrum edilib, digəri isə şərti cəza alıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri