Icma.az
close
up
RU
Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə əlaqələri

Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə əlaqələri

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkiləri ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik yaradıb. Səslərin böyük hissəsi sayıldıqdan sonra müxalif “Tisa” partiyasının qələbəsi və uzun illər hakimiyyətdə olan Viktor Orbanın rəhbərlik etdiyi "Fidesz" partiyasının məğlubiyyəti artıq əsas müzakirə mövzusuna çevrilib.

Azərbaycan - Macarıstan münasibətlərinin gələcəyi, eləcə də onun Türk Dövlətləri Təşkilatındakı (TDT) iştirakçılığı məsələsi diqqət mərkəzindədir.

Milli Məclisin Azərbaycan - Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Feyziyev bu məsələlərlə bağlı Modern.az-a açıqlama verib.

Deputat saytımıza açıqlamasında bildirib ki, yeni liderin seçilməsi ilə qarşıdakı illərdə Macarıstanda çox dəyişikliklər gözlənilir:

"Macarıstanda keçirilən parlament seçkilərinin nəticəsi gözlənilən idi. Hakimiyyətdə olduğu 16 il ərzində Orban höküməti əsasən qeyri-populyar və sərt siyasət həyata keçirib. Onun Avropa İttifaqına qarşı tələbkarlığı heç də ölkədə bütün siyasi qüvvələri qane etmirdi. Rusiya-Ukrayna müharibəsinə münasibətdə də seçicilər hökümətin apardığı siyasətdən narazı idi. Hətta Ukraynada yaşayan macarlar da Orban hökümətini Rusiyaya dəstək verməkdə günahlandırırdı. Odur ki, aparıcı müxalifət partiyası seçkilərdə sadəcə səs çoxluğu ilə deyil, parlamentdə konstitusion çoxluq əldə etməklə qalib gəldi. Bu çox böyük qələbədir və belə bir nəticə iqtidara gələn yeni siyasi qüvvəyə istədiyi bütün dəyişiklikləri asanlıqla həyata keçirməyə imkan yaradır. Çox güman ki, qarşıdakı illərdə Macarıstanda çox dəyişikliklər olacaq. Lakin Macarıstan-Azərbaycan münasibətlərinə hər hansı zərər gələcəyini ehtimal etmirəm. Ölkələrimiz arasındakı mövcud münasibətlər həm Macarıstanın və həm də Azərbaycanın maraqlarını ən etibarlı və ədalətli şəkildə təmin edir. Odur ki, bu münasibətlərə mane olmaq yox, onları daha da inkişaf etdirmək hər iki tərəf üçün çox faydalı və səmərəli olacaq". 


Parlamentari qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin tarixi çox uzundur:

"Bu münasibətlər Macarıstanda hakim partiyanın arzusuna və yaxud Azərbaycana xüsusi münasibətindən irəli gəlmir. Macar xalqı hər zaman özünü türk mədəniyyətinin bir hissəsi hesab edib və artıq 1000 ildən çoxdur ki, onlar bunu açıq şəkildə bəyan edir və türk mədəni arealı ilə doğmalıq münasibətlərini qoruyub saxlayırlar. Ona görə də Macarıstanda bu və ya digər  siyasi qüvvənin hakimiyyətə gəlməsi  onun türk dünyası ilə münasibətlərinə zərər gətirə bilməz. Azərbaycanla razılaşdırılmış layihələrə gəldikdə, bu hər iki tərəfin maraqlarına cavab verən qarşılıqlı faydalılığı təmin edən layihələrdir və xüsusilə enerji sahəsində əməkdaşlığımız Macarıstan üçün həyati əhəmiyyət daşıyır. Əminəm ki, Macarıstanda formalaşacaq yeni hökümət bu layihələri məmnuniyyətlə dəstəkləyəcək və əməkdaşlığımız davam edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Aprel 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri