Icma.az
close
up
RU
Maddi inkişafınıza mane olan 6 səhv

Maddi inkişafınıza mane olan 6 səhv

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əgər illərlə çalışmanıza baxmayaraq maddi vəziyyətinizdə irəliləyiş görmürsünüzsə, bu, bəzi gözə çarpmayan səhvlərlə bağlı ola bilər.

Lent.az maddi inkişafınıza mane olan 6 səhvi təqdim edir.

Birinci səhv - xərcləri investisiyalardan üstün tutmaq. Çoxları əvvəlcə hesabları ödəyir, ərzaq alır və əyləncəyə pul xərcləyir, qalanını isə yığmağa çalışır. Lakin bu yolla ya qənaət etmək çətin olur, ya da yığılan məbləği xərcləmək cazibəsi güclü olur. Var-dövlət sahibləri isə əksinə davranır: əvvəlcə aktivlərə sərmayə qoyur, sonra qalan pulla yaşayırlar.

İkinci səhv - yalnız sabit gəlirə güvənmək. Vaxtınızı pula dəyişdiyiniz müddətcə potensialınız sutkada 24 saatla məhdudlaşır. Pasyiv gəlir mənbələri - biznes, məzmun yaradılması, investisiyalar - yaradanlar bu məhdudiyyətləri aşırlar.

Üçüncü səhv - riskdən qorxmaq. Bəzi insanlar illərlə 5% illik faizlə depozit yığır, pullarını itirməkdən qorxurlar, lakin inflyasiya və qiymət artımı yığımlarını bu faizlərdən daha sürətlə azaldır. Var-dövlət sahibləri də ehtiyatlıdırlar, lakin onlar riskləri idarə etməyi öyrənir, onlardan qaçmırlar.

Dördüncü səhv - ətraf mühit. Əgər dostlarınız yalnız benzin qiymətləri və seriallar haqqında danışır, ideya və imkanları müzakirə etmirlərsə, beyniniz inkişaf yollarını axtarmağı dayandırır. Var-dövlət sahibləri öz ətraflarını şüurlu şəkildə formalaşdırır, onları irəli aparan insanlarla əhatə olunurlar. Onlar zərərli əlaqələri, hətta qohumları olsa belə, kəsməkdən çəkinmirlər.

Beşinci səhv - maliyyə savadının olmaması. Məktəblərdə pul idarə etməyi öyrətmirlər, valideynlər isə tez-tez "pul pisdir", "varlı olmaq ayıbdır", "azla kifayətlənmək lazımdır" kimi yoxsulluq düşüncələrini ötürürlər. Bunu dəyişdirmək üçün müstəqil öyrənmək lazımdır: kitablar oxumaq, səhvləri təhlil etmək, strategiyaları sınamaq.

Altıncı səhv - ideal şərait gözləmək. İnsanlar investisiyaları milyon yığana qədər və ya biznesə başlamağı on kurs keçənə qədər təxirə salırlar. Lakin həqiqi təcrübə yalnız fəaliyyətlə əldə edilir. Bu gün atılan kiçik addımlar illərlə təxirə salınan ideal plandan daha çox fayda gətirir.

Bu vərdişləri dəyişərək, təkrarlanan dövrədən çıxıb real nəticələrə doğru irəliləyə bilərsiniz.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Aprel 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri