Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Madrid nəhənglərindən biri büdrədi, o biri “Barsa”ya çatdı

Madrid nəhənglərindən biri büdrədi, o biri “Barsa”ya çatdı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Barselona” düşərgəsi yas içindədi: əsas komandanın həkimi Karles Minyarro Qarsiya qəfil vəfat edib.

Bu hadisəni, yəni kataloniyalıların psixoloji durumunu nəzərə alan yerli futbol qurumu onların bazar gününə nəzərdə tutulan “Osasuna” ilə ev oyununun təxirə salınmasına icazə verdi. Çempionluğa əsas namizədin yoxluğunda Madrid nəhəngləri fərqli nəticə göstərdi. “Real” növbəti qələbə sayəsində “Barsa”ya çatdısa, “Atletiko” gözlənilmədən uduzdu.
Ötən tur səfərdə “Betis”ə uduzan “Real” evdə asan rəqiblərdən sayılmayan “Rayo Valyekano” ilə qarşılaşdı. Komandalar oyuna fəal başladı, ancaq tezliklə təşəbbüs meydan sahiblərinin tərəfinə keçdiş Amma hər iki komandanın qapısı önündə təhlükəli vəziyyətlər yaranırdı. Hesab yarım saatın tamamında açıldı. Mbappe fərdi ustalıq hesabına rəqib qapısına yol tapdı. Heç 5 dəqiqə ötməmiş Vinisius da oxşar üslubda fərqləndi. Şoka düşən qonaqlar 3-cü qolun qarşısını ala bildilər və fasilə ərəfəsində fərqi azaltdılar. 2-ci hissəni praqmatizmin təntənəsi saymaq olar. Hesaba oynayan “Real” açıq-aşkar gücünə qənaət etdi. Qonaqlar isə Luninin qapısı önündə hücum dalğası yaratmaq cəsarəti tapmadı. Nəticədə xalını 57-yə çatdıran “Real” “Atletiko”nu turnir cədvəlində arxada qoydu və “Barsa”nı haqladı. “Rayo Valyekano”nun qələbə, heç-heçə və məğlubiyyət xanasında isə 9-lar düzülüb.
“Atletiko” qəribə komandadı. Nəhənglərə daim gücünü göstərən “hindular” elə rəqiblərə uduzur ki, adam mat-məəttəl qalır. Yanvarın 18-də “Leqanes”ə uduzan “Atletiko” mövsümdəki 3-cü məğlubiyyəti “Xetafe”dən aldı. “Real”la önəmli ÇL oyununu nəzərə almayan Simeone meydana əsas heyəti buraxmışdı. Onu da anlamaq olardı: ortada liderliyə yüksəlmək hədəfi var idi. Ancaq bu vəzifənin öhdəsindən gəlmək mümkün olmadı. Artıq ilk yarıda oyunun favorit üçün çətin keçəcəyi göründü. Ərazi üstünlüyü “hindular”a heç nə qazandırmadı.
Qonaqlar fasiləyə qədər yalnız bir təhlükəli vəziyyət yaratdı. Qrizmannın zərbəsindən sonra müdafiəçidən də səkən top tirin üstündən keçdi. Ümumiyyətlə, bu oyunda “çərçivə”yə ilk zərbə 40-cı dəqiqəyə təsadüf etdi. Oblak Uçenin qapıçı meydançasının xətti üzərindən fərqlənmək cəhdinin qarşısını aldı. Fasilədən sonra da oyunun mənzərəsi dəyişmədi, qol vəziyyətləri sarıdan kasadlıq idi. 75-ci dəqiqədə “Xetafe”nin qapısına şübhəli penalti təyin olundu və bir qədər əvvəl meydana çıxan Sörlot bu imkanı boşa vermədi. Meydan sahibləri qol buraxandan sonra irəli atıldı. Nədənsə “Atletiko”nun müdafiəsi onların hücumlarını qarşılamaqda çətinlik çəkirdi. 88-ci dəqiqədə Korrea birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Elə həmin epizodun davamında Arambarri yaxın məsafədən zərbə ilə Oblakı təslim olmağa məcbur etdi. Azlıqda qalan “hindular” hətta heç-heçəni də qoruya bilmədi.
Elə həmin Arambarri Rikonun uzaq məsafədən zərbəsinə ustalıqla ayaq qoydu. Hakim 2-ci hissəyə 10 dəqiqə əlavə etsə də, “Atletiko” məğlubiyyətdən qurtula bilmədi. “Qızıl” uğrunda mübarizədə önəmli xallar itirən “hindular” “Real”ın önünə heç də yaxşı əhval-ruhiyyədə çıxmayacaq. “Xetafe” isə düşmə zonasından bir qədər uzaqlaşdı.
San-Sebastyanda cari mövsümü imkanlarından aşağı səviyyədə keçirən komandalar qarşılaşdı. Və “Real Sosyedad”ın böhranı davam edirsə, “Sevilya” tədricən vəziyyəti düzəltməkdədi. Bu komandaların duelinin taleyini yeganə qol həll etdi. İlk yarıda total ərazi üstünlüyünə malik olan meydan sahibləri zaman-zaman rəqib qapısına yaxınlaşsalar da, qol vurmaq mümkün olmadı. Gözləmə mövqeyi tutan qonaqlar isə birmənalı şəkildə əks-hücumlara bel bağlayırdılar. 2-ci hissənin lap əvvəlində “Sevilya” məhsuldar əks-hücum qurdu və Ecuke hesabı açdı. Bundan sonra qonaqlar savadlı şəkildə müdafiə olundu. “Real Sosyedad” heç cür rəqib qapısına yol tapa bilmədi. Dəyişikliklər də baskların oyununu gücləndirmədi.
Turun qalan oyunlarına gəlincə, “ÇL zonası”nda qərarlaşan “Atletik” “Malyorka”ya evdə qalib gələ bilmədi. Avrokuboklara iddialı “Vilyarreal” səfərdə aşkar autsayderlərdən “Alaves”ə uduzdu. Yeri gəlmişkən, bu oyunda çox maraqlı hadisə baş verdi. Onsuz da 58-ci dəqiqədən azlıqda qalan “Alaves”in yarımmüdafiəçisi Blanko da 93-cü dəqiqədə sarı vərəqə ilə cəzalandı. 2-ci sarı vərəqə avtomatik “qırmızı”ya çevrilməli olduğu halda, referi bu məqamı unutdu. Yalnız 50 saniyə sonra VAR-dan xəbərdarlıq alan referi Blankonu meydandan qovdu.
Faktiki 50 saniyə “Alaves”in heyətində meydanda olmaq hüququnu itirən futbolçu oynadı. “Betis” “Las Palmas”ı da məğlub etdi, yəni ardıcıl 4-cü qələbəsini qazandı. “Selta” “Leqanes”lə oyunda əzmkar qələbəyə sevindi. Evdə “Valyadolid”dən üstün olan “Valensiya” turnir cədvəlini bir qədər yaxşılaşdırdı. Dünən axşam keçirilən son oyunda “Espanyol” “Jirona” ilə “sülh bağladı”.
27-ci tur
Real – Rayo Valyekano 2:1

Mbappe, 30. Vinisius, 34 – P.Dias, 45+2. (74170)
Real: Lunin, F.Qarsiya, Alaba, Asensio, Vaskes, Bellingem (B.Dias, 86), Çuameni, Modriç, Rodriqo (Valverde, 68), Vinisius, Mbappe (Kamavinqa, 79).
Xetafe - Atletiko 2:1
Arambarri, 88; 90+2 Sörlot, 75-p. (12862)
Atletiko: Oblak, Qalan, Ximenes, Le Norman, Molina (Lemar, 66), Lino (Korrea, 46), De Paul (Barrios, 46), M.Lyorente, Simeone, Qrizmann (Qallaher, 69), Alvares (Sörlot, 58).
Real Sosyedad - Sevilya 0:1
Ecuke, 47. (25478)
Atletik - Malyorka 1:1
N.Uilyams, 58 Railyo, 56. (48203)
Alaves - Vilyarreal 1:0
Sançes, 11. (16582)
Betis - Las Palmas 1:0
D.Lyorente, 65. (49292)
Selta – Leqanes 2:1
Minqesa, 26. Qonsales, 45+1 – Rozye, 19. (17326)
Valensiya – Valyadolid 2:1
Lopes, 7. Sadik, 58 – Latasa, 40. (41720)
Espanyol – Jirona 1:1
Karreras, 49 – Stuani, 86-p. (23997)
“Barselona” – “Osasuna” oyunu təxirə salınıb.
1. Barselona 26 18 3 5 71-25 57
2. Real 27 17 6 4 57-26 57
3. Atletiko 27 16 8 3 44-18 56
4. Atletik 27 13 10 4 45-24 49
5. Vilyarreal 26 12 8 6 48-36 44
6. Betis 27 11 8 8 35-33 41
7. Malyorka 27 10 7 10 26-33 37
8. Rayo Valyekano 27 9 9 9 29-29 36
9. Selta 27 10 6 11 40-41 36
10. Sevilya 27 9 9 9 32-36 36
11. Real Sosyedad 27 10 4 13 23-28 34
12. Xetafe 27 8 9 10 23-22 33
13. Jirona 27 9 6 12 35-40 33
14. Osasuna 26 7 12 7 32-37 33
15. Espanyol 26 7 7 12 25-37 28
16. Valensiya 27 6 9 12 30-45 27
17. Leqanes 27 6 9 12 24-40 27
18. Alaves 27 6 8 13 30-40 26
19. Las Palmas 27 6 6 15 30-45 24
20. Valyadolid 27 4 4 19 18-62 16
Bombardirlər: Levandovski (Barselona) – 21, Mbappe (Real) – 18, Budimir (Osasuna) - 14, Rafinya (Barselona), Sanset (Atletik) – 13.
Turun rəqəmi
1 – “Atletiko” Simeonenin rəhbərliyi altında ilk dəfə “Xetafe”yə uduzdu. “Xetafe”nin “hindular” üzərindəki son qələbəsi (3:2) 2011-ci il noyabrın 7-də qeydə alınmışdı. Həmin ilin dekabrında Simeone madridlilərin “sükanı arxasına” keçib və növbəti 29 oyunda “Xetafe” qələbəyə həsrət qalıb. 30-cu dueldə bu ənənə pozuldu.
Turun ulduzu
Mauro Arambarri (Xetafe) – oyunun əsas qəhrəmanı oldu. Daim rəqib müdafiəsini gərginlik altında saxladı və 4 dəqiqə ərzində iki qol vurdu. Hər iki qolda cərimə meydançasında hamıdan cəld tərpəndi.
Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“İlk yarı 3:0 əvəzinə 2:1 hesabıyla bitdi. İkinci hissədə problemlərdən qaçmalı və yaxşı müdafiə olunmalıydıq. Oyunumuzun çoxlarının xoşuna gəlmədiyini anlayıram. Ancaq nəzərə almaq lazımdı ki, Çempionlar Liqasından sonra əksər komandalar əziyyət çəkir”.


Oyundan sonra
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Ümumilikdə xoşagəlməz oyun oldu. Lazım olanları edə bilməsək də, penalti sayəsində irəli çıxdıq. Sonra Korrea meydandan qovuldu. Ardından bir-birinə oxşar iki qol buraxdıq. Layiq olduğumuz məğlubiyyəti qəbul etməliyik, ona görə ki, işimizin öhdəsindən gələ bilmədik. Rəqib son 10-12 dəqiqədə cəsur, məqsədyönlü oyun göstərdi, hücumda effektli oldu. Onlar bu qələbəyə layiq idi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Mart 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri