Icma.az
close
up
RU
Mağazadakılardan fərqli desert: Evdə limonlu zefir hazırlayın

Mağazadakılardan fərqli desert: Evdə limonlu zefir hazırlayın

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Evdə hazırlanan limonlu zefir həm təbii, həm də olduqca ləzzətli desertdir. 
Demokrat.az
xəbər verir ki, alma püresi əsasında hazırlanan bu şirniyyat yüngül teksturası və xoş ətri ilə seçilir.
Limonlu ev zefiri
Bu reseptə dəqiq əməl etsəniz, hətta ilk dəfə hazırlayanlar da uğurlu nəticə əldə edə bilərlər.
İnqrediyentlər:
* 2 ədəd C2 ölçülü yumurta ağı;
* 300 qram şəkər;
* bir çimdik limon turşusu;
* 200 qram alma püresi;
* 40 qram limon cemı;
* 1 limonun qabıq rəndəsi;
* 8 qram agar-aqar;
* 150 ml su;
* bir çimdik sarı qida boyası (istəyə görə);
* şəkər kirşanı.
Bu reseptdə jelatin əvəzinə agar-aqar istifadə olunduğu üçün desert vegetarianlar üçün də uyğundur.
Əvvəlcə alma püresini hazırlayın. Almaları yuyub qabığını soyun, tumlarını çıxarın və xırda kub şəklində doğrayın. Qazana yerləşdirin, üzərinə 1 xörək qaşığı şəkər və 20 ml su əlavə edin. Qapağı örtülü halda, arabir qarışdıraraq təxminən 20 dəqiqə bişirin. Daha sonra blenderlə püre halına gətirin, təmiz qaba köçürün, səthinə qida plyonkası toxunduraraq örtün və tam soyudun.
Hazır alma püresindən də istifadə etmək mümkündür.
Sonra zefiri hazırlamağa başlayın. Yumurta ağlarını təmiz və quru qaba ayırın.
Qazanda alma püresi, limon qabığı rəndəsi, 150 qram şəkər, limon cemi, agar-aqar, qida boyası və suyu qarışdırın. Qarışığı zəif odda qızdırmağa başlayın.
Bu vaxt yumurta ağlarını qalan 150 qram şəkərlə mikser vasitəsilə bərk köpük alınana qədər çalın. Limon turşusunu əlavə edib daha bir dəqiqə çalmağa davam edin.
Şərbət qaynamağa başladıqdan sonra odu artırın və davamlı qarışdıraraq temperaturu 106 dərəcəyə çatana qədər bişirin. Mətbəx termometri yoxdursa, güclü qaynamadan sonra təxminən 6 dəqiqə bişirmək kifayətdir.
Hazır şərbəti oddan götürün. Mikseri aşağı sürətdə işlədərək isti şərbəti nazik axınla qabın kənarı boyunca yumurta ağına əlavə edin. Daha sonra mikseri maksimum sürətə keçirib qarışığı bərk və formasını saxlayan kütlə alınana qədər çalın.
Hazır zefir kütləsini dərhal xəmir kisəsinə doldurun və əvvəlcədən hazırlanmış perqament kağızının üzərinə sıxın. Sonra sabitləşməsi üçün bir gecə soyuducuda saxlayın.
Vacib məqam: agar-aqar çox tez bərkiyir. Buna görə də bütün mərhələləri sürətlə yerinə yetirmək lazımdır, əks halda zefir kütləsi formasını itirə bilər.
Səhər hazır zefirlərin üzərinə şəkər kirşanı səpin və süfrəyə təqdim edin.
Bu miqdarda ərzaqdan təxminən 17 ədəd zefir alınır.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Avqust 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri