Mağazanın qapısını sındırıb külli miqdarda oğurluq etdi
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Binəqədi rayonunda yerləşən mağazaların birindən oğurluq edilib.
Lent.az xəbər verir ki, naməlum şəxs obyekti talayaraq icarədara 2075 manat maddi zərər vurub.
Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı S.Aydınovu müəyyən edərək saxlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, o, bir müddət mağazanı kənardan müşahidə edərək açılma və bağlanma vaxtlarını dəqiqləşdirib. Daha sonra gecə saatlarında obyektin qapısını sındırmaqla içəri daxil olaraq nağd pul, bank kartları, tütün məmulatı və digər dəyərli malları talayıb.
Qaradağ rayonunda keçirilən tədbir zamanı isə bank kartından 800 manat oğurlamaqda şübhəli bilinən 23 yaşlı Ə.İsmayılov da saxlanılıb.
Hər iki fakt üzrə araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 14 Mart 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















