Icma.az
close
up
RU
Magistatura təhsili əmək bazarında önəm daşıyır? AÇIQLAMA

Magistatura təhsili əmək bazarında önəm daşıyır? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ali təhsilin ikinci pilləsi olan magistratura səviyyəsinə marağın azalması son illər daha qabarıq şəkildə müşahidə olunur. Əmək bazarının tələbləri ilə təhsil sistemi arasında yaranan uyğunsuzluq bu məsələnin əsas səbəblərindən biri kimi qiymətləndirilir. Xüsusilə işəgötürənlərin diplomdan çox praktiki bilik və bacarıqlara üstünlük verməsi magistr təhsilinin əhəmiyyətini nisbətən azaldır. Digər tərəfdən, ali təhsil müəssisələrinin mövcud imkanları və proqramların keyfiyyəti də müzakirə mövzusu olaraq qalır. 
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Demokrat.az-a bildirib ki, Azərbaycanda əmək bazarı üçün kəskin tələb kimi qoyulmur:
"Bu, bir neçə amillə bağlıdır. Birincisi, əmək bazarı məhduddur, ikincisi isə iri müəssisələr və zavodlar işçi seçərkən namizədin hansı səviyyədə təhsil aldığından çox, onun bilik və bacarıqlarını əsas götürür.
Məhz buna görə ötən il Azərbaycanda magistratura üzrə dövlət sifarişli 1200 yer boş qalmışdı. Sonradan Dövlət İmtahan Mərkəzi balansı qorumaq üçün növbəti bal toplayan abituriyentləri, o cümlədən ödənişli əsaslarla qəbul olunanların bir qismini həmin yerlərə yönləndirdi".
Ekspert deyib ki, görünən odur ki, ali təhsil müəssisələrində magistratura səviyyəsi yetərincə yüksək səviyyədə qurulmayıb:
"Bu isə birbaşa maddi-texniki bazanın imkanları ilə bağlıdır. Universitetlər magistratura proqramları üzrə yerlər təklif etsə də, bu proqramların keyfiyyətli təşkili üçün zəruri imkanların olub-olmaması mübahisəli məsələ olaraq qalır.
Nəticədə, magistratura və ondan sonrakı mərhələ olan doktorantura səviyyəsinə maraq və diqqət nisbətən aşağıdır. Bunun əsas səbəbi isə əmək bazarının bu səviyyələri ciddi tələb kimi irəli sürməməsidir".
Ekspert qeyd edib ki, iri müəssisələr və istehsalat sahələri işçi qəbulu zamanı diplomun dərəcəsindən çox, insanın nəyi bacardığına diqqət yetirir. Məhz bu yanaşma ötən il magistratura üzrə 1200 dövlət sifarişli yerin boş qalmasına səbəb olub. Sonradan yaranmış boşluğu doldurmaq üçün aşağı bal toplayan namizədlər həmin yerlərə yerləşdirilib.
Universitetlərdəki tədrisin keyfiyyəti də ciddi suallar doğurur. Məzahir Məmmədli vurğulayıb ki, ali məktəblərin maddi-texniki bazası magistratura səviyyəsini lazımi dərəcədə təşkil etməyə imkan vermir. Bu səbəbdən həm magistratura, həm də ondan sonrakı doktorantura mərhələsinə maraq minimuma enib. Bazarın tələbləri ilə təhsilin imkanları arasındakı uçurum gəncləri bu pillədən uzaqlaşdırır.
Qısası, Azərbaycandakı şirkətlər işçi götürərkən onun magistr bitirməsinə yox, işi bacarıb-bacarmamasına baxır, universitetlərdəki təhsil isə müasir tələblərə cavab vermədiyi üçün gənclər magistraturaya vaxt ayırmaq istəmir.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 May 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri