Magistr diplomu əməkhaqqına təsir etməlidir? AÇIQLAMA
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ali təhsilin üç pilləsi var: bakalavriat, magistratura və doktorantura. Bilirik ki, bakalavriat səviyyəsində adətən daha çox ixtisas və ümumi biliklər öyrədilir, magistratura səviyyəsində isə artıq sırf ixtisaslaşma istiqamətində biliklər mənimsənilir. Doktorantura isə təbii ki, elmi tədqiqatlar üzərində çalışılması və onların nəticələrinin fəlsəfə doktoru elmi dərəcəsi ilə təsdiqlənməsindən ibarətdir”.
Bu barədə Redaktor.az-a açıqlamasında “Elm” İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirdi.
“Magistratura təhsili ali təhsilin ikinci pilləsi sayılır və belə deyək ki, bizim şifahi olaraq bildiyimiz, tam ali təhsil kimi beynimizdə qalan bir anlayış var. Yəni hansısa ali təhsil müəssisəsini bitirən şəxslər yarımçıq təhsil almış hesab olunmur, ali təhsil almış sayılırlar. Ancaq ali təhsilin ikinci pilləsi olduğuna görə magistratura adlandırılaraq tam ali təhsil kimi qəbul edilir.
Ümumiyyətlə, magistratura təhsili almaqla bağlı, onun önəmi ilə bağlı son zamanlar bir çox suallar verilir və onların içərisində, təbii ki, marağın azalması ilə bağlı məsələlər də var. Bunun əsas səbəblərindən biri odur ki, magistratura təhsilinin önəmi işə qəbul zamanı nisbətən azalıb. Ən xüsusilə də burada əməkhaqqı differensiasiyasında fərq olmadığına görə maraq nisbətən azalıb”, - deyə o vurğuladı.
S.Abdullayev hesab edir ki, gələcəkdə bununla bağlı müəyyən əməkhaqqı fərqi yaradılsa və ya qulluqda yüksəliş zamanı namizədlər irəli çəkilərkən onların magistr diplomlarının nəzərə alınması təmin olunsa, bu, magistratura təhsilinin gələcək perspektivləri baxımından müsbət olar və magistraturaya maraq da daha da artar.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 24 Sentyabr 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















