Icma.az
close
up
RU
Magistratura təhsili bu şəxslər üçün zəruridir Deputatdan gənclərə TÖVSİYƏ

Magistratura təhsili bu şəxslər üçün zəruridir Deputatdan gənclərə TÖVSİYƏ

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Bəzi ixtisaslarda magistr diplomu işə qəbulda üstünlük yaratmır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında deputat Mehriban Vəliyeva deyib.
O, magistr təhsilinə marağın azalması ilə bağlı fikirlərini bölüşüb.
Millət vəkili vurğulayıb ki, magistr diplomu əməkhaqqında da çox fərq yaratmır. 
“İşəgötürənlər praktik bacarıq, portfel və təcrübəni daha çox qiymətləndirirlər. Tələbələrin bir qismi magistraturanı “oxumaq üçün oxumaq” kimi görür elmi-tədqiqat və ya peşəkar dərinləşmə məqsədi ilə deyil. Bəzi proqramlarda kurikulumlar köhnəlib, tətbiqi komponent azdır, tədqiqat infrastrukturuna çıxış məhduddur. İstehsalatla zəif bağ, real layihə və təcrübə imkanlarının yetərsizliyi marağı azaldır”.
Deputat təhsil haqqının yükü, çevik formatların (axşam, hibrid, onlayn) azlığı, işlə təhsili uzlaşdırma çətinliyinin magistr təhsilinə marağı azaltdığını qeyd edib.  
“Xaricdə təhsil və ya iş perspektivləri bir çox məzun üçün daha cəlbedici görünür. Proqramların məzmunu, məzunların məşğulluq göstəriciləri və gözlənilən qazanc barədə şəffaf məlumatın azlığı düzgün qərar verməyi çətinləşdirir”.
Tələbələrə maraqlıdır ki, magistratura oxumağın dəyəri və bazar üstünlüyü varmı?
“Akademik karyera üçün bu, zəruridir. Doktoranturaya gedən yol magistraturadan keçir. Elmi karyera hədəfləyənlər üçün bu mərhələ vazkeçilməzdir. Müəllimlik, dövlət qulluğunun bəzi vəzifələri, eləcə də siyasət, idarəetmə, analitika, konsaltinq kimi sahələrdə magistr dərəcəsi rəqabət üstünlüyü yaradır. Xaricdə təhsil və karyera üçün magistr diplomu çox vaxt əsas şərtlərdəndir.
Analitik düşünmə, data ilə işləmə, layihə və tədqiqat aparmaq kimi kompetensiyalar qazanılır—bunlar liderlik və qərarvermə rollarında həlledicidir. Sənaye ilə birgə layihələr, mentorluq və alumni bağlantıları karyera imkanlarını genişləndirir. Qısamüddətli fərq hər yerdə kəskin olmasa da, ixtisaslaşma dərinləşdikcə orta və uzun müddətdə gəlir və vəzifə artımı ehtimalı yüksəlir”,-deyə Mehriban Vəliyeva qeyd edib.
Müsahibimiz magistratura təhsilinə marağı artırmaq üçün bir neçə yol təklif edib.
“Kurikulumların mütəmadi yenilənməsi, tətbiqi (applied) modulların, “capstone” layihələrin, real “case study”lərin artırılması rəqəmsal bacarıqlar, data analitikası, AI, layihə idarəetməsi kimi transvers kompetensiyaların hər ixtisasa inteqrasiyası lazımdır.
Elmi-tədqiqat üçün laboratoriyalar, qrantlar, birgə məqalə və patent təşviqləri universitet–sənaye tərəfdaşlıqları şirkətlərlə birgə proqramlar, ödənişli təcrübələr, “dual education” modelləri önəmlidir.
Birgə elmi rəhbərlik (co-supervision), sənaye mentorluğu və real məhsula çıxan layihələr və məzunlar üçün işlə təminat mexanizmləri və “talent pipeline” razılaşmaları həyata keçirmək olar”.
Mehriban Vəliyeva qeyd edib ki, marağın artırılması üçün təhsilin onlayn formatının olması, tələbələrin işləməsi üçün şəraitin yaradılması, müxtəlif dövlət və beynəlxalq proqramların  əməkdaşlıqların təşkili, əlavə qrant və startap dəstəyi,  həmçinin, tələbələrə maliyyə  dəstəyinin olması lazımdır.
 

“Boş qalan yerlər sadəcə statistik rəqəm deyil—sistemin siqnalıdır. Magistr təhsilinin dəyəri qalır, lakin dəyişən dünya və əmək bazarının tələbləri ilə ayaqlaşmaq, proqramları praktik və çevik etmək, real karyera nəticələrini təmin etmək həlledici şərtdir. Dəyər yaratdıqca maraq da təbii olaraq artacaq”.


Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə bu il magistraturada boş qalan 3700 yerə (onlardan 1200-ü dövlət sifarişi ilə) cəmi 1418 nəfər seçim edib. Bu şəxslərdən isə sadəcə 617 nəfər qəbul olunub. Dövlət sifarişi üzrə ayrılmış 1200 yerin cəmi 96-sı dolub.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Avqust 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri