Mahir Göyqurdlar ı paylaşdı, almanlar təlaşa düşdü ifrat millətçilik və qruplaşma yaradan hərəkatlar...
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Millimizin Haitiyə qarşı keçirdiyi yoldaşlıq oyununda "Göyqurdlar"ın 40-cı dəqiqədə tribunaları tərk etdiyini diqqətinizi çatdırmışdıq.
Bunun səbəbini araşdırarkən məlum olmuşdu ki, buna fanklubun rəhbəri Elnur Şəriflinin dayısı oğlu, həm də azarkeş qrupunun əlaqələndiricisi Nəbinin avtomobil qəzasında dünyasını dəyişməsi səbəb olub.
Bilindiyi kimi, həmin hadisənin ardından Mahir Emreli "instaqram" hesabında paylaşım edərək "Göyqurdlar"a başsağlığı verdi. "Football-plus.az"ın əldə etdiyi məlumata görə, həmyerlimizin davranışını "Nürnberq" birmənalı qarşılamayıb. 2-ci bundesliqa təmsilçisi dərhal Mahirlə əlaqə saxlayıb və "Göyqurdlar"ın loqosunu paylaşmasının səbəbini öyrənib. O isə başverənlər haqda məlumatı klubla paylaşdıqdan sonra ara sakitləşib.
Maraqlıdı ki, "Bild" paylaşım üzündən Mahiri suçlayıb. Almaniyalı jurnalist Marko Verzinger "Bozqurdlar"ın ifrat millətçilik və qruplaşma yaradan hərəkatların təmsilçisi kimi tanındığını yazıb. O, belə qrupların Türkiyədə də geniş yayıldığını qeyd edib. "Bild"in əməkdaşı bir qədər də irəli gedərək Mahirin "instaqram" hesabında qurd emojisinin olmasını qabardıb.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Mart 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















