Icma.az
close
up
RU
Mahiri gözləyən təhlükə: mübariz deyil, həm də intizamsızdı! YAZI

Mahiri gözləyən təhlükə: mübariz deyil, həm də intizamsızdı! YAZI

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Nürnberq”in hücumçusu Mahir Emrelinin Almaniyadakı uğurlu çıxışı haqda dəfələrlə yazmışıq. Təcrübəli futbolçu komandasının heyətində meydana çıxdığı son dörd oyunun hər birində fərqlənib. Bu qolların üçü çempionat, biri kubok matçına təsadüf edib. Lakin həmyerlimizin performansı baş məşqçisi Miroslav Klozeni qane etmir.

Xatırladaq ki, mütəxəssisin Mahirin sonuncu oyundakı çıxışı haqda fikri belədi:

“Məncə, o qədər də yaxşı oynamadı. Topla kifayət qədər hərəkətli davranmadı, çevik olmadı”.


Bəs futbolçu dünya ulduzu olan çalışdırıcısını niyə məmnun edə bilmir? Mahirin çatışmazlıqları konkret nədən ibarətdi?
“Football-plus.az” bu suallara Almaniya mətbuatında cavab axtardı. “Kicker” nəşrinin məlumatına görə, Mahir “Hamburq”la matçda qapıya beş zərbə vursa da, yalnız biri “çərçivə”yə daxil olub. O, müdafiə xəttində də komandasına kömək edib. 55-ci dəqiqədə qol vurmaq istəyən Heyer Fernandeslə təkbətək mübarizədən qalib ayrılıb. 63-cü dəqiqədə isə yaxşı oyunuyla diqqəti çəkib və Knoşun ötürməsi sayəsində hesabı bərabərləşdirib. Həmyerlimiz oyun ərzində bir neçə qayda pozuntusuna yol verib. İki dəfə əllə oynayıbsa, 65-ci dəqiqədə Ferainin ayağını tapdaladığına görə sarı vərəqə alıb.
Ümumiyyətlə, Klozenin əsas narahatlığı təkbətək mübarizələrdən qalib ayrılmaq və topa sahib olmaqla bağlıdı. Emreli sonuncu matçda beş dəfə təkbətək mübarizəyə qoşulubsa, dördündən məğlub ayrılıb. Yeganə hava dueli və iki driblinqi də uğursuz alınıb. Bütün oyunların statistikasına əsasən, həmyerlimiz hava duellərinin 29, driblinqlərin 30 faizində uğurludu. 2-ci bundesliqada qeydə alınan 15 qapıya zərbənin üçü qolla tamamlanıb. “Kicker” onun mübarizlik dərəcəsini 33 faizlə qiymətləndirir.
Beləliklə, Klozenin Mahirdən narazılığının səbəbi aydındı. Onun 90 dəqiqə oynamamasının əsas səbəbi isə sarı vərəqədi. Baş məşqçi Mahiri yalnız rəsmi xəbərdarlıqdan sonra əvəzləyir. İndi Emrelinin hesabında üç sarı vərəqə var. Sevindirici haldı ki, hələ cəzalı duruma düşməyib. Daha doğrusu, bir sarı vərəqə də alsa, növbəti matçı buraxacaq.
“Nürnberq” noyabrın 8-də keçiriləcək 12-ci tur matçında “Kayzerslautern”i qəbul edəcək. Almaniya mətbuatı Mahirin adını həmin matçın təxmini start heyətində göstərib.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see214

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see207

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see197

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see155

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see150

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see146

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see145

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see138

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see134

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see134

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see133

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see133

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see133

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see132

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see131

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see130

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see129

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see127

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri