Mahmud Məmmədəliyevə yüksək vəzifə VERİLDİ
Icma.az bildirir, Milli.az portalına istinadən.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.
Milli.Az unikal.az-a xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
Əmrə əsasən, Məmmədəliyev Mahmud Məmməd oğlu AAYDA-nın idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.
O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub.
Müşavir təyin edilən M.Məmmədəliyev AAYDA sədri Vüsal Nəsirlinin qaynıdır. Qeyd edək ki, Vüsal Nəsirli təxminən 2 ay əvvəl - 6 fevral 2026-cı ildə AAYDA-nın rəhbəri təyin olunub.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilmişdi.
Milli.Az
Baxış sayı:167
Bu xəbər 04 Aprel 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















