Icma.az
close
up
RU
Maia Bitadze: Regional sabitlik və iqtisadi artım üçün real fürsət yaranır

Maia Bitadze: Regional sabitlik və iqtisadi artım üçün real fürsət yaranır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 18 noyabr, AZƏRTAC

Cənubi Qafqaz regionгтda və dünyada təhlükəsizlik problemləri iqtisadi əlaqələrin əhəmiyyətinə və beynəlxalq əməkdaşlığa mühüm təsir edən amillərdəndir. Gürcüstan bunun üçün ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin Ətraf mühit və təbii sərvətlər komitəsinin sədri Maia Bitadze İstanbulda ATƏT Parlament Assambleyasının 23-cü sessiyasındakı çıxışı zamanı bildirib.

“Səmimi qonaqpərvərliyinə görə Türkiyəyə və bizi İstanbulda bir araya gətirdiyi üçün ATƏT Parlament Assambleyasına təşəkkürümü bildirmək istərdim. Builki mövzu “Dialoq vasitəsilə çoxtərəfli əməkdaşlığın yenilənməsi”dir, bu da çox aktual məsələdir. Qlobal ticarət, əlaqə və davamlı inkişafın bir daha sülhün əsası olduğu bir vaxtda parlamentarilər kimi bizim məsuliyyətimiz daha aydındır”, - deyə M.Bitadze vurğulayıb.

Bəzi qüvvələrin Gürcüstanda öz siyasi məqsədləri üçüm ATƏT-in vasitəçiliyindən istifadə etmək istədiklərini vurğulayan komitə sədri deyib: “Bu, ATƏT-in öz prinsiplərinə ziddir. Ona görə ki, yalnız qərəzsiz ATƏT sabitliyi və dialoqu qoruya bilər”.

Maia Bitadzenin sözlərinə görə, Gürcüstan öz ölçüsündən qat-qat artıq olan dəyərləri təcəssüm etdirir. Azadlıq, suverenlik, sülh və birlik bizim əsas prinsiplərimizdir. Komitə sədri deyib ki, Gürcüstan Avropa və Asiyanın kəsişməsində yerləşən ölkə kimi etibarlı tərəfdaş və mühüm mərkəz rolunu dərinləşdirməyə, təhlükəsiz ticarəti, davamlı təchizat zəncirlərini və getdikcə mürəkkəbləşən dünyada paylaşılan rifahı təşviq etməyə hazırdır.

O bildirib ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh prosesində irəliləyişi alqışlayır.

“Regional sabitlik və iqtisadi artım üçün real fürsət təqdim edilir. Gürcüstan tarixi İpək Yolu ölkəsi kimi neytral, etibarlı tərəfdaş olaraq qalmağa, daha geniş regionumuzda davamlı əlaqə və dayanıqlığı inkişaf etdirməyə hazırdır. Faktlar öz sözünü deyir. Gürcüstanın Orta Dəhlizdəki rolu sürətlə genişlənir. Təkcə 2024-cü ildə müasir dəmir yollarının həcmi 6 faiz artıb. Tutumunun sürətlə artırılması, eyni zamanda, yeni magistralların, hava limanlarının və dəniz limanlarının layihələndirilməsi və tikintisi, sualtı kabel layihəsinin strateji potensialı ilə birlikdə onlar Gürcüstanın strateji iqtisadi təhlükəsizliyinin əsasını təşkil edir, Avropa və Asiya arasında təhlükəsiz, etibarlı marşrut təmin edir, geosiyasi riskləri azaldır, daxili sərmayəçiliyi gücləndirir”, - deyə Bitadze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri