Icma.az
close
up
RU
Makron Azərbaycanın daim səsləndirdiyi iki fikri etiraf etdi

Makron Azərbaycanın daim səsləndirdiyi iki fikri etiraf etdi

Icma.az, 525.az saytına istinadən bildirir.

Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron bir sıra açıqlamaları ilə diqqət çəkdi.

Əslində o, İrəvanda verdiyi mesajlarla Azərbaycanın daim səsləndirdiyi iki fikri etiraf etmiş oldu. Söhbət ondan gedir ki, Makron həm Azərbaycanla 44 günlük müharibədə Ermənistana dəstək verdiyini, həm də 8 il əvvəl bu ölkənin danışıqlar masasında de-fakto Rusiyanın peyki kimi qəbul olunduğunu söyləyib. O deyib ki, "Rusiya 2020-ci ildə sizə kömək etmədi. O, sizi tərk etdi. Fransa isə burada idi və indi də yanınızdadır". İlk növbədə qeyd etmək lazımdır ki, Paris İkinci Qarabağ müharibəsində Ermənistana dəstək verib, silah yardımı edib, bununla da kifayətlənməyərək hətta Azərbaycan ərazisindəki keçmiş separatçı rejimi açıq müdafiə edib. Bütün bunlar isə Fransanın ATƏT-in artıq mövcud olmayan Minsk qrupunun həmsədri kimi öhdəliklərinə zidd idi. Makron hökuməti üzdə belə neytral qala bilmədi. Həm 44 günlük müharibədə, həm 2023-cü ilin antiterror əməliyyatı zamanı BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə qətnamələrin qəbulu üçün dəfələrlə məsələ qaldırdı. Amma Azərbaycanın haqlı və ədalətli mövqeyi, beynəlxalq hüquq çərçivəsində davranışı, güclü diplomatiyası qarşısında məğlub oldu, öz niyyətinə çata bilmədi. Laçın yolunda qurduğu tamaşa, guya ermənilərə yardım adı ilə beynəlxalq hüquqazidd davranışı da təbii ki, unudulmayıb.

Məsələnin digər tərəfi də Ermənistanın sözdə müstəqil olub, əslində isə Rusiyanın for-postuna çevrilməsi ilə bağlıdır. Bu fikir dəfələrlə Azərbaycan Prezidenti tərəfindən də səsləndirilib. Ermənistan özü müstəqil qərar qəbul edə bilməyib, Rusiyadan tam asılı vəziyyətdə olub. Makronun indiki etirafı Azərbaycanın illər əvvəl dediklərinin təsdiqidir.

Təəssüf ki, Fransa bu gün də öz pozucu fəaliyyətini davam etdirməyə çalışır, ermənidən daha çox erməni mövqeyindən çıxış edir. Azərbaycanla Ermənistan arasında de-fakto sülh bərqərar olub, ticarət əlaqələri başlayıb, Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsi Paşinyan hökuməti tərəfindən qapadılıb. Müxtəlif səviyyələrdə əlaqələr, səfərlər intensivləşib. Bu günlərdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Ermənistanda səfərdə olub. Hər iki tərəfdən müsbət bəyanatlar verilir, əlaqələrin daha da irəli aparılması, yekun sülhə nail olunması masadadır. Fransa isə aranı qatmağa, bununla da həm özünə masada yer etməyə, həm də Cənubi Qafqazda nüfuz sahibi olmağa çalışır. Bu arada, Makronun vaxtilə Azərbaycan-Ermənistan normallaşması üzrə Brüssel prosesini pozmasını da qeyd etmək lazımdır. Vaxtilə erməni separatçıları, cinayətkarları dəstəkləyən Makron bu gün də öz əməllərinə görə Bakıda cəza çəkən həmin şəxslərin nüdafiəsinə qalxıb,  "erməni əsirlər" adı ilə Ermənistana dəstək vəd edir.

"Siz mənə arxalana bilərsiniz", - deyən Makronun, görünür, əlində qalan son kartı budur. Amma o, bununla da öz istəyinə nail ola bilməyəcək. Makron Azərbaycan dövlətinin gücü qarşısında dəfələrə məğlub olub. Məlumdur ki, Makron və Paşinyanın imzaladığı iki ölkə arasında hərbi texnologiyaların inkişafı, müdafiə sistemlərinin araşdırılması və hərbi geyim ləvazimatlarının tədarükü sahəsində əməkdaşlıq haqqında sazişlər var.

Həmçinin Makron bildirir ki, Fransa regionda "vasitəçilik rolunu oynamağa davam edəcək". Amma bu cür vasitəçilik mümkün deyil, eyni zamanda  buna ehtiyac da yoxdur. Əgər iki dövlət özü danışır, anlaşırsa, Makronun vasitəçiliyi nədən ibarət ola bilər?! Bu, yalnız sülh prosesini ləngidə bilər ki, Azərbaycan da buna əsla imkan verməyəcək. 

Azərbaycanın İrəvandakı "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısına videobağlantı vasitəsilə qatılması da mühüm hadisə idi.

İstənilən halda, iki ölkə sülh istiqamətində ancaq irəliləyir,  Ermənistandakı parlament seçkilərdən sonra yekun sülh sazişinin imzalanması ilə əlaqələr daha da intensivləşəcək, diplomatik əlaqələr qurulacaq. Makronun bu proses əleyhinə cəhdləri, erməni cinayətkarları "əsrlər" kimi təqdim  etməyə çalışması bir nəticə verməyəcək, əvəzində geniş regionun aparıcı gücü olan  Azərbaycanla əlaqələrinə ciddi zərbə vurmuş olacaq. 

PƏRVANƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri