Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Paşinyanın uydurmalarından, nağıllarından FƏRLİ REALLIQ

Paşinyanın uydurmalarından, nağıllarından FƏRLİ REALLIQ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zəngəzur dəhlizinin yaxın zamanda reallığa çevriləcəyi artıq şübhə doğurmur və erməni baş nazir Nikol Paşinyanın bütün vədlərindən, nağıllarından fərqli olaraq, daha real görünür. Bunu haylar özləri də yaxşı başa düşürlər və etiraf da edirlər. Etiraf edilər ki, Paşinyanın daxili auditoriyanı aldatmaq üçün verdiyi bütün vədlər, danışdığı bütün nağıllar heç də inandırıcı deyil və reallıqdan uzaqdır. Çünki məhz Zəngəzur dəhlizinin istənilən halda ən yaxın zamanda mövcud olacağı erməni baş nazirin nağıllarından fərqli və təkzibedilməz reallıqdır.

Zəngəzur dəhlizi layihəsi mütləq reallaşacaq və buna reallıq kimi baxmaqdan başqa hayların özlərinin də çıxış yolu, çarələri qalmayıb

Nikol Paşinyanın nə danışmasından, nələri vəd etməsindən, daxili auditoriyaya hesablanan hansı uydurmalar ortaya atmasında asılı olmayaraq, nə Azərbaycan, nə də heç qardaş Türkiyə Zəngəzur dəhlizi layihəsindən imtina edən deyil. Həmin layihə hər iki qardaş ölkə üçün ciddi perspektivlər vəd etdiyi üçün onun reallaşması mütləq şəkildə olacaq və buna Cənubi Qafqazın məhz Ermənistan kimi hansısa cırtdan dövləti, səfalət içərisində olan, söz sahibi olmayan bir ölkəsi qətiyyən mane ola bilməyəcək. Biz sözlə, Zəngəzur dəhlizi layihəsi istənilən halda mütləq reallaşacaq və buna reallıq kimi baxmaqdan başqa hayların özlərinin də çıxış yolu, çarələri qalmayıb. Əslində, erməni əsilli siyasətçilərin, polotoloqların əksəriyyəti bunu indidən bəyan edirlər. Daha dəqiq desək, hayların öz “başbilənləri” belə bu reallığı qəbul etmək məcburiyyətində qaldıqlarını çoxdan etiraf edirlər.

Haylar bilirlər ki, Ermənistan hakimiyyəti kommunikasiya məsələsinin guya “sülh müqaviləsi” üzrə danışıqlardan çıxarıldığını növbəti ağ yalan olaraq, erməni cəmiyyətinə sırıyır. Bilirlər ki, rəsmi İrəvanın belə bir şansı da yoxdur və məğlub durumda olan bir ölkə hakimiyyətinin hansısa şərtlə çıxış etməsi barədə uydurmaları ancaq nağıl kimi görünə bilər. Artıq çoxdandır ki, ermənilər başa düşürlər ki, Paşinyan hakimiyyəti hər dəfə diplomatik məğlubiyyətin ardınca utanmadan iddia ilə, özü də əsassız və uydurma iddia ilə çıxış etməyi ənənə kimi qəbul edir. Amma haylar daha bu “ənənənin” uzun müddətdir davam etdiyini də görürlər və yalanların da fərqindədirlər. Onun da fərqindədirlər ki, rəsmi Bakı onların nazı ilə oynamaq kimi bir “öhdəliyi” öz üzərinə götürməyib və lazım olan məqamda şərt, hətta çox sərt şəkildə bununla bağlı bildiriləcək. Fərqindədirlər ki, tezliklə nəinki bu mövzunun müzakirəsinə qayıdılacaq, həm də başqa, daha geniş miqyasda, daha böyük təşəbbüslə də çıxış ediləcək. Heç Türkiyə də bu dəhlizin açılmasına qətiyyən biganə yanaşmayacaq və bunu qardaş ölkənin mövqeyindən də duymaq, başa düşmək çətin deyil.

Rəsmi İrəvanın ağız büzməyə, bəhanələr uydurmağa şansı da qalmır və artıq Zəngəzur dəhlisi layihəsi bir reallıq kimi görünür

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlunun məhz Zəngəzur dəhlizi ilə bağlı bəyanatından sonra haylar yuxularını lap qarışdırıblar. Çünki Türkiyə hökumətinin nümayəndəsi açıq şəkildə bildirib ki, Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir. Deməli, həmin dəhlizin reallaşması indi hər iki qardaş ölkənin maraqları dairəsindədir və buna hansısa miskin durumda olan Nikol kimi bir baş nazir, yaxud da onun “sözü hesaba alınmayan” hakimiyyət komandası buna qarşı çıxa bilməz. “Bu istiqamətdə biz Azərbaycan tərəfi ilə prosesləri fəal şəkildə davam etdiririk. Bu dəhlizin haradan keçəcəyinə, daha doğrusu, Ermənistan ərazisindənmi, yoxsa İran ərazisindənmi keçərək, istiqamət götürəcəyinə bizim azərbaycanlı qardaşlarımız özləri qərar verəcəklər. Amma biz bilirik ki, bu dəhliz Naxçıvandan keçərək, Türkiyəyə doğru çəkiləcək. Biz layihəmizi tamamladıq, tender keçirdik, yaxın günlərdə tikinti işlərinə başlayacağıq və Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, deyə nazirin bildirdikləri erməni cəmiyyətinin kürkünə birə salıb. Çünki onlar daha da əmin olublar ki, dövlət rəhbərlərinin uydurmalarının nə və eləcə də nədən ibarət olmasından asılı olmayaraq bu layihə reallaşacaq. Artıq tamamilə əmindirlər ki, bir zamanlar avantüristcəsinə ortaya atılan hansısa beli çantalı, əli sarıqlı bir küçə nümayişçisinin, manipulyatorun uydurmalarından, nağıllarından fərqli olaraq, sözügedən dəhlizin olacağı artıq bir reallıqdır. Bu, Paşinyan kimi bir manipulyatorun nağıllarından fərqli reallıq olaraq, artıq elə hayların özləri tərəfindən də qəbul olunur.

Artıq ermənilər görürlər ki, reallıq tamamilə fərqlidir və “Sülh müqaviləsi” üzrə danışıqlardan kommunikasiyalar mövzusunun çıxarılması barədə Nikol Paşinyanın və onun hakimiyyət komandasının daxili auditoriyaya yönəlik cəfəngiyyatları, yalanları qətiyyən ayaq tutub yeriyən deyil. Görürlər ki, təkcə Azərbaycan tərəfi deyil, qardaş Türkiyə də həmin layihənin infrastrukturuna real investisiyalar qoymağa hazırdır. Bu da öz növbəsində o deməkdir ki, sülh müqaviləsinin imzalanmasından dərhal sonra elə məhz Türkiyənin və qardaş ölkə rəhbərinin vasitəçiliyi ilə haqqında qeyd olunan kommunikasiya məsələsi öz “həllini” tapacaq. Haylar bilirlər ki, bundan sonra rəsmi İrəvanın ağız büzməyə, bəhanələr uydurmağa şansı da qalmır və artıq Zəngəzur dəhlisi layihədən də çox reallıq kimi görünür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Noyabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri