Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Makron ona görə qəzəblidir ki, Azərbaycana gücü çatmır

Makron ona görə qəzəblidir ki, Azərbaycana gücü çatmır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etmək də gülməli iddiadır

Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədə medianın sualına cavabında deyib. Qeyd olunub ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib: "Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb. Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik. Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik". Qeyd edək ki, 6 yanvar 2025-ci il tarixində Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”. Fransa ilə Azərbaycan arasındakı münasibətlər uzun müddətdir gərgindir. Bunun əsas səbəbi Makron hakimiyyətinin Cənubi Qafqaza və Azərbaycana qeyri- obyektiv yanaşmasıdır. Ən bariz nümunəsi kimi İkinci Qarabağ müharibəsi dövründə Yelisey sarayının ortaya qoyduğu münasibəti göstərə bilərik. Digər tərəfdən, bu gün rəsmi Bakı özünün uğurlu xarici siyasəti nəticəsində regionda və dünyada yeni reallıq yaradıb. Paris bu reallığı qəbul etmək istəmir. Yelisey sarayı bütün imkanları ilə regiona daxil olmaq istəyir. Bunun üçün bölgənin ən zəif bəndi olan Ermənistandan istifadə edilir. 

Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında deyib ki, Emmanuel Makron Fransanın Paşinyanıdır, yəni eyni ağılda, eyni dərrakədədirlər. Ekspertə görə, hər iki şəxs öz ölkələrini, eyni davranışla, eyni təfəkkürlə dağıtmaqla, çökdürməklə məşğuldurlar: "Makronun "Rusiyanın Ermənistanı dəstəkləməyərək Azərbaycanı dəstəklədiyini" iddia etməsi absurd, mənasız bir iddiadır. Rusiya müstəqillik dövrünün əvvəlindən Ermənistana hər cür dəstəyi verib. Rus ordusu Azərbaycana qarşı Ermənistan tərəfdən vuruşub, Azərbaycan torpaqlarının işğalında iştirak edib. Rusiya Ermənistan ordusunu hər cür silahla silahlandırıb. Sadəcə, 44 günlük savaş dövründə Rusiya Ermənistana birbaşa dəstək verə bilmədi. Düzdür, savaş ərəfəsində Rusiya Ermənistana silah göndərirdi. Ancaq birbaşa açıq dəstək verə bilmədi. Çünki Azərbaycan artıq güclü, özünü müdafiə etməyi bacaran və hər kəsə yerini göstərmək imkanında olan bir dövlət idi. Ona görə də Rusiya Azərbaycanla münasibətləri həddindən artıq korlamaq cəsarət etmədi. Kənardan savaşı müşahidə etmək məcburiyyətində qaldı. Makronun iddiaları ona görə absurddur ki, guya Fransa beynəlxalq hüquq və Ermənistanı müdafiə edir. Beynəlxalq hüquq Ermənistanın tərəfində deyil ki, erməniləri beynəlxalq hüquqla müdafiə etmək mümkün olsun. 44 günlük savaşda müharibə Azərbaycan ərazilərində gedirdi. Azərbaycan beynəlxalq hüququn tanıdığı ərazilərini bərpa edirdi. Yəni bütün bunlar onu göstərir ki, Makron qeyri-ciddi və absurd, məntiqsiz yanaşma ilə bu məsələyə münasibət bildirib. Digər tərəfdən, Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etməsi də olduqca gülməli iddiadır". 

E.Xalidbəyli vurğulayıb ki, Makron beynəlxalq hüquqdan danışır, amma nəzərə almır ki, hüquqda müstəmləkəçilik bəşəri cinayət hesab olunur: "Fransa isə Hollandiya ilə yanaşı, hazırda bu bəşəri cinayətlə, yeni müstəmləkəçiliklə hələ də məşğul olan iki dövlətdən biridir. Fransa hələ də bəzi ölkələri, eyni zamanda xalqları istismar edir, zorakılıqla məşğul olur. Həmin xalqlara qarşı xalqların azad və sərbəst yaşamaq hüquqlarını tapdalayır. Azərbaycan da beynəlxalq hüquq normalarına uyğun şəkildə Fransanın müstəmləkəçilik siyasətinə etiraz edir. Bu, Fransanın daxili işlərinə qarışmaq anlamı daşımır. Azərbaycan doğru olanı edir, beynəlxalq hüququn tələblərini yerinə yetirir. Bu baxımdan Makronun Azərbaycanı Fransanın daxili işlərinə qarışması ilə bağlı ittihamı məntiqsiz və gülməli bir iddiadır".

Siyasi şərhçi bəyan edib ki, əslində, Makronu Azərbaycanla bağlı qəzəbləndirən əsas məsələ ondan ibarətdir ki, Fransanın Azərbaycana gücü çatmır. Azərbaycan Fransanın maraqları çərçivəsində xarici siyasət yürütməkdən imtina edir və haqlı olaraq imtina edir. Azərbaycan Fransa ilə bərabərhüquqlu münasibətlər qurmağa üstünlük verir və öz xarici siyasətində Fransanın maraqlarını nəzərə almağa qətiyyən ehtiyac duymur. Fransa isə özünü hələ də "böyük dövlət", "nəhəng dövlət" hesab etdiyindən Azərbaycanın xarici siyasətindən qıcıqlanır, qəzəblənir. Ona görə də Azərbaycanı hədəfə alır. Bakı Fransanı Cənubi Qafqaza buraxmaq niyyətində olmadığını qətiyyən gizlətmir. Azərbaycanın razılığı olmadan Fransa Cənubi Qafqazda yerləşmək şansına malik olmadığını anlayır. Bütün bunlar onu göstərir ki, Fransa ermənipərəst mövqeyində həm də qisasçı yanaşmadan çıxış edir". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 01:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri