Makron Ukraynadakı qoşunlara dəstək üçün Trampa təzyiq etdi
Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı sülh sazişi bağlandıqdan sonra Ukraynaya göndərilməsi planlaşdırılan fransız və britaniyalı hərbçilərə hərbi dəstək verməsi üçün təzyiq edib.
Bu barədə “The Wall Street Journal” yüksək vəzifəli məmura istinadən yazır.
Məqalədə deyilir: “Makron Trampa təzyiq edib ki, Britaniya və Fransanın Ukraynada yerləşdirməyə hazır olduqları minlərlə hərbçiyə Amerikanın hərbi dəstəyini təmin etsin”.
Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidentinin Ukraynada nizamlanma planı Amerika tərəfinin regiona qoşun yeritmək və hərbi əməliyyatlar baş verəcəyi təqdirdə yardım göstərməklə bağlı heç bir öhdəliyi nəzərdə tutmur.
Fransanın maliyyə naziri Erik Lombard bildirib ki, Fransa, Almaniya və Böyük Britaniya hakimiyyəti atəşkəsi təmin etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır.
Eyni zamanda o qeyd edib ki, Ukraynaya qoşun göndərmək ABŞ-ın dəstəyini tələb edəcək.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 26 Fevral 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















