Icma.az
close
up
RU
Makrondan Krala zərif hədiyyələr: Opera partiturası, akvarel dəsti və fransız ləzzətləri

Makrondan Krala zərif hədiyyələr: Opera partiturası, akvarel dəsti və fransız ləzzətləri

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyaya etdiyi rəsmi səfər zamanı Kral III Çarlza dörd hədiyyə təqdim edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı Yeliyes Sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Birinci hədiyyə - Fransız bəstəkarı Klod Debüssinin (1862-1918) "Pelléas və Mélisanda" adlı tamamlanmış yeganə operasının partiturasıdır. Bu opera, Belçikalı yazıçı Maurice Maeterlinckin eyniadlı pyesinə əsaslanır. Bu nəşrin xüsusi bir nüsxə olduğunu və üz qabığında, əsərin personajlarından Golo rolunu oynayan ilk ifaçılardan biri olan Belçikalı bəstəkar Louis Richard (1889-1977) üçün yazılmış bir müəllif imzası olduğu bildirilir. Qeyd edilir ki, Kral III Çarlz musiqi və opera sənətinə maraq göstərən bir şəxsdir.

Prezident Makron, həmçinin Kral III Çarlza musiqi aləti olaraq, Fransanın Respublika Qvardiyasına aid, üzərində alov emblemi olan keremonial boru hədiyyə edəcək. Bu qurum, Fransanın Milli Jandarmeriyasına məxsusdur və Yelisey Sarayı, Baş nazirin rezidensiyası olan Matignon Sarayı və Parlamentin hər iki palatasının binalarının təhlükəsizliyini təmin edir.

Bundan başqa, Makron, Kral III Çarlza Sennelier akvarel boyaları dəstini, taxta qutuda təqdim edəcək. Qutunun üzərinə xatirə metallik lövhə də yapışdırılacaq. "Bu dəst, Kralın 50 ildən çoxdur ki, Britaniya abidələrini çəkdiyi akvarel sənətini davam etdirməsi üçün ona imkan yaradacaq", - deyə Fransa Prezidentinin administrasiyası verdiyi məlumatda qeyd edib.

Sonuncu hədiyyə isə, Yelysey Sarayının markası ilə bəzədilmiş Fransız ləzzətləri ilə dolu bir səbət olacaq.

Fransa Prezidentinin Böyük Britaniyaya səfəri 8-11 iyul tarixlərində baş tutacaq. Kral III Çarlz və həyat yoldaşı Kamilla, Emmanuel və Brijit Makronu Vindsor Qalasına qəbul edəcəklər. Səfər çərçivəsində Fransa lideri, İngiltərənin Baş naziri Keir Starmer ilə Dovning Streetdə görüşəcək və ikitərəfli əlaqələri, habelə Ukrayna və Yaxın Şərq münaqişələrini müzakirə edəcək.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 İyul 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri