Makrondan SENSASİON ADDIM Arvadının kişi olmadığını fotolarla SÜBUT EDƏCƏK
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa Prezidenti Emmanuel Makron ABŞ məhkəməsinə həyat yoldaşı Bricit Makronun qadın olduğunu sübut edən fotoşəkilləri və elmi ekspertiza materiallarını təqdim etməyi planlaşdırır.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, bu barədə Makron ailəsinin vəkili Tom Klar məlumat verib.
Məhkəməyə müraciət sağçı fəal Kendis Ouensin Bricit Makronun kişi olaraq doğulduğu iddiasına görə edilib. Vəkil Tom Klar bildirib ki, Birinci xanım bu açıqlamaları “son dərəcə məyusedici” hesab edib.
Klar qeyd edib ki, Emmanuel və Bricit məhkəməyə “elmi ekspertiza rəyləri” təqdim etməyə hazırdır. Bu sənədlərə Bricitin hamiləlik dövründə çəkilmiş fotoşəkilləri və uşaqları ilə olan fotoları da daxildir.
Qeyd edək ki, Makron ailəsi iyulun 23-də amerikalı jurnalisti və bloqer Kendis Ouensi məhkəməyə verib. O, uydurma, böhtan və əsassız məlumatlar yaymaqda ittiham olunub.
Xatırladaq ki, Ouens Bricit Makronun kişi olduğunu iddia etmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















