Makronla bağlı dedikləri Fransada qəzəb yaratdı
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronu lağa qoyması Fransa ictimaiyyətini qəzəbləndirib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.
Makronun sərt tənqidçisi və solçu “France Insoumise” partiyasının koordinatoru Manuel Bompard belə onun tərəfini tutub:
“Prezidentlə nə qədər razılaşmadığımı bilirsiniz, amma Donald Trampın onunla bu cür danışmasına və həyat yoldaşı haqqında belə danışmasına icazə verməsi tamamilə qəbuledilməzdir”.
Makronu ənənəvi olaraq tənqid edən digər fransız siyasətçiləri də onun müdafiəsinə qalxıblar. Parlamentin aşağı palatasının spikeri Yael Braun-Pivetin qeyd edib ki, Trampın həmkarı haqqında dedikləri hər cür tənqiddən pis idi.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla həyat yoldaşı Bricit arasındakı münasibətlər barədə zarafat edib. “Mən həyat yoldaşının pis rəftar etdiyi Makrona zəng etdim. O, hələ də çənəsinə vurulan zərbədən sonra özünə gələ bilməyib”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:172
Bu xəbər 02 Aprel 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















