Icma.az
close
up
RU
Makronu gözləyən RƏZİL SONLUQ Fransa xalqı onu vaxtından əvvəl YOLA SALACAQ?

Makronu gözləyən RƏZİL SONLUQ Fransa xalqı onu vaxtından əvvəl YOLA SALACAQ?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq haqqında qətnamə qəbul edib. Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.
Milli Assambleyanın sədri Yael Bron-Pive bildirib ki, Fransa Konstitusiyasına uyğun olaraq Mişel Barnye istefa ərizəsini ölkə prezidentinə təqdim etməli olacaq.
Baş nazirin istefasından sonra isə Fransa müxalifətinin bütün diqqəti Makronun üzərinə yönəlib. Belə ki, onun istefası məsələsi gün keçdikcə daha çox müzakirə olunur
Məlumata görə, fransızların  üçdə ikisi, yəni 63 faizi hökumətə etimad göstərməyəcəyi təqdirdə, Fransa Prezidenti Emmanuel Makron istefa verə bilər. Sorğuya görə, “Milli Birlik”ə daxil olan partiyalar, eləcə də solçu “Yeni Xalq Cəbhəsi” Alyansı Makronun istefasının tərəfdarıdır. Fransa liderinin mümkün istefası həm də “Respublika” Partiyasının bir hissəsi və Makronun siyasi dayağı sayılan “Renessans” Partiyasının daxil olduğu “Respublika Naminə Birlikdə” Alyansının elektoratı tərəfindən də düzgün addım hesab olunur.
Makronu nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, yaxın zamanlarda Makronun özü də impiçmentlə yola salına bilər:
“Hazırda Fransada dərin böhran yaşanır. Makron hökumətinin heç bir siyasəti uğur gətirmir. Bu vəziyyətin səbəbkarı da Makrondur. Fransada əvvəlki dövrdə də sosial zəmində kəskin narazılıqlar olub. Ölkənin beynəlxalq aləmdə mövqeyi zəifləyib. Artıq Afrika qitəsindən Fransa tam sıxışdırılıb çıxarılır. Buradakı bir çox ölkələr rəsmi Parisi “persona non-qrata” elan edib. Bütün bunlar Makronun idarəçiliyində çatışmazlıqlar, boşluqların olmasından qaynaqlanır.
Fransada qarşısını almaq mümkün olmayan geriləmələr baş verir. Ona görə də Makron ilk növbədə özü-özünü istefaya göndərməlidir. Onun dövründə Fransa hər şeydə geriləyir. İndiyə qədər Fransa tarixində belə zəif dövlət başçısı olmayıb. Mişel Barnyenin istefası ilə bərabər, Makronun da istefası gündəmə gəlməlidir. Ola bilsin, yaxın zamanlarda onun özünü də impiçmentlə yola salsınlar”.   
“Makronun uğursuzluğu qaçılmazdır”
Politoloq Elşən Mirzəoğlu isə düşünür ki, Fransada prezident seçkiləri indi keçiriləcəyi təqdirdə, Makron birmənalı şəkildə yarışdan məğlub çıxacaq:
“Fransada dərinləşməkdə olan siyasi böhranın əsl səbəbkarı prezident Makron, onun baş nazir vəzifəsinə təyin etdiyi Barnyedir. Hökumətin parlamentlə razılaşdırmadan 2025-ci ilin dövlət büdcəsi üçün ayırdığı xərclər, sosial layihələrə dövlət dəstəyinin məhdudlaşdırılması parlamentdə solçu koalisiyanın narazılığına səbəb olub. 
Melanşonun “İtaətsiz Fransa” solçu fraksiyası, millətçi Le-Penin Milli Birlik partiyası ilə hökumətə etimadsızlıq nümayiş etdiriblər. Beləliklə Bernye hökuməti Fransada 5-ci respublika dövrundə ən az fəaliyyətdə olan (90 gün) hökumət olub. 
Solçu və sağçıların Makronun istefa tələbi ilə bağlı tələblərinə prezident istefa verməyəcəyini bəyan edib. Bununla belə Fransada Makronu istefaya məcbur edə biləcək dərin dövlətçiliyə təsir imkanlarına malik maliyyə klanları var. Makronun təyin etdiyi hökumətin vaxtından əvvəl istefaya göndərilməsi artıq avronun kursunun dollara nisbətdə 2,7% düşməsinə gətirib çıxarıb. Bu isə frankın məzənnəsinə təsir göstərməklə vergi ödəyicilərinin sosial durumunun agırlaşmasına səbəb olub. 
Makron 2027-ci ilin prezident seçkilərinə onsuz da qatıla bilməyəcək. Bu konteksdə hakimiyyət ugrunda mübarizə aparan siyasi qüvvələr post-Makron dövrünün problemlərinə yüklənməyi daha məqsədəmüvafiq biləcəklər”.
Rüfət Sultan, Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri