Icma.az
close
up
RU
Makronun arvadı cinsiyyətini dəyişib deyənlər Fransada niyə “intihar” edir? SENSASİON QALMAQAL

Makronun arvadı cinsiyyətini dəyişib deyənlər Fransada niyə “intihar” edir? SENSASİON QALMAQAL

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Fransa prezidenti Emmanuel Makronun biabırçılığı ilə bağlı qalmaqallar səngimir. Son dövrlər arvadı Brijit tərəfindən tez-tez təhqir edilən Makronun nəinki ölkədə, öz ailəsində də nüfuzunun olmadığı ortaya çıxdı. Fransa adına həqiqətən də bibabırçılıqdır. Təsəvvür edin, bir ölkənin prezidenti həyat yoldaşı tərəfindən kameralar önündə şillələnir. Vyentanama səfəri zamanı Fransa prezidenti bu vəziyyətlə üzləşdi. Təyyarənin qapısı açılarkən, jurnalistlər Makron və həyat yoldaşının düşməsini kameraya çəkirdi. Görünür ki, Makron və arvadı həmin vaxt nəyinsə mübahisəsini edirdi və kameraların çəkdiyindən xəbərsiz olan Brijit ərini – Fransa prezidentini şillələdi. Yelisey sarayı baş verənlərə “don” geyindirməyə çalışsa da, hər şey dünyanın gözü önündə baş vermişdi. 
Makronun Böyük Britaniyaya səfəri zamanı arvadı Brijit tərəfindən hörmətsizliyə məruz qalması da təsdiq etdi ki, Fransa prezidenti ailəsində söz sahibi deyil. Ailəsində söz sahibi olmayan Makronun Fransada qurduğu faktiki diktatura isə “evində arvadına söz deyə bilmir, özünü başqa insanlara hücum etməklə təsdiqləyir” ifadəsini önə çıxarır.

Fransada Makrona müxalif olan şəxslərin müəmmalı şəkildə ölməsi də bu ölkədə de-fakto diktaturanın qurulduğu təəssüratını yaradır. İyulun 7-də Fransa parlamentinin deputatı, sağçı Respublikaçılar partiyasının üzvü Olivye Marleksin cəsədi evində tapıldı. Rəsmi məlumatda deputatın özünü asdığı deyilsə də, ictimai müzakirələrdə onun öldürüldüyü versiyası müzakirə olunur. Çünki 54 yaşlı deputat Makronun əsas tənqidçilərindən biri idi. O, Makronu 2014-cü ildə nüvə stansiyaları üçün turbinlərin əsas tədarükçüsü olan Fransa şirkəti “Alstom”un enerji bölməsini ABŞ-ın “General Electric” şirkətinə satmaqda günahlandırırdı. 
Eyni zamanda, Fransa prezidentinin sövdələşmələrdə maxinasiyalara yol verdiyini deyirdi. Bununla bağlı müxtəlif faktlar təqdim edən deputatın evində “asılmış vəziyyətdə” tapılması Makron tənqidçilərini sui-qəsdlə aradan götürür versiyalarını gücləndirib.
Lakin Marleksin “intiharı” Makronin tənqidçilərinin ilk ölümü deyil. İyunun 29-da həkim Fransua Favrın müəmmalı “intiharı” da bu şübhələri artırdı. Fransalı həkim Makronun arvadı Brijitin əvvəllər kişi olduğu, cərrahi yolla cinsiyyətini dəyişdirdiyi haqda araşdırmalarda əsas mənbələrdən biri kimi çıxış edirdi.

Amerikalı jurnalist Kandas Ounes “Brijit olmaq” adlı araşdırmasında cərrah Favrın fikirlərinə də yer verir. Fransalı həkim digər nəşrlərin bu haqda araşdırmalarında da dəfələrlə çıxış edib. Onun yaxın dövrdə Brijit Makronun cinsiyyətini dəyişdirdiyi haqda ətraflı müsahibə verəcəyi gözlənilirdi. Və bu müsahibədən öncə yaşadığı binanın 12-ci mərtəbəsindən “yıxılaraq” ölməsi şübhələri gücləndirdi. Fransa polisi Fransua Favrın ölümünü “intihar” kimi təqdim etsə də, onun ailəsi bununla razılaşmır. Hesab edirlər ki, həkim Favr məhz birinci xanım Brijitlə bağlı çıxışlarına görə qətlə yetirilib.
Daha öncə Makron ailəsi həkim Fransua Favrı bu məsələyə görə məhkəmə vermişdi. Məhkəmə isə həkim haqqında hökm çıxarmadı. Bu, Makronun arvadının cinsiyyətini dəyişdirdiyi fikirlərini daha da gücləndirdi. İstisna edilmir ki, Makron məhkənin günahsız olduğunu təsdiqlədiyi həkim Favrı sui-qəsdlə aradan götürüb. 
Bütün bunlar Fransanın Makronun idarəçiliyi altında tarixinin ən biabırçı dövrünü yaşadığını deməyə əsas verir. Hazırda Fransa Rusiya ilə müqayisə olunur. Çünki Rusiyada hakimiyyətə müxalif olanlar müəmmalı şəkildə aradan götürülür və heç birinin ölümü dəqiq araşdırılmır. Makron da Fransanı Rusiya yolu aparır. 
Müxalif olanlar və tənqidçiləri bir-bir aradan götürür, medianı susdurur. Faktiki olaraq, ölkədə diktatura rejimi qurub. Amma Avropanın diktatoru imicini qazanan Makronun ailəsində hörməti olmadığı, arvadı tərəfindən döyüldüyü faktı Fransa prezidentinin biabırçılığına da diqqət çəkir.
Vaqif Hüseynli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 İyul 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri