Fransada deputat intihar etdi
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı “Respublikaçılar” partiyasından olan deputatı Olivye Marleks öz seçki dairəsində - Anet kommunasında (Fransanın mərkəzindəki Eure-et-Luara departamenti) intihar edib.
"Unikal" xəbər verir ki, bu barədə "Agence France-Presse" prokuror Frederik Şevalyeyə istinadən məlumat yayıb.
54 yaşlı millət vəkili bazar ertəsi axşam jandarm patrulu tərəfindən evində ölü tapılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Marleks parlamentə seçilməzdən əvvəl Nikolya Sarkozinin prezidentliyi dövründə (2007-2012) onun müşaviri olub.

Fransada intihar edənlərin sayı artıb
09 İyul 2025 14:22
Fransada maşinist intihar etdi: Qatarların hərəkəti dayandırıldı
26 Dekabr 2024 03:07
Fransada 48 saat ərzində iki polis intihar edib
26 Yanvar 2025 13:17
Fransada antirekord
15 Noyabr 2024 11:20
Yenidən Fransada
21 İyul 2025 07:26

