Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Makronun Çin səfəri: qlobal nizamın yenidən qurulması TƏHLİL

Makronun Çin səfəri: qlobal nizamın yenidən qurulması TƏHLİL

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makron Çinə səfər etdi və burada vacib görüşlər keçirdi. Çinin Sədri Si Cinpin ilə görüşü və sonrasında mətbuata açıqlamaları isə xüsusi əhəmiyyət kəsb edir.

Düzdür, bu günün Fransası mahiyyət etibarilə "çökməkdə olan imperiya"nı xatırlatsa da, müasir dünyanın əsas memarlarından biri olması sürətilə Fransa hələ də dünya siyasətində yeri olan dövlət kimi qalır. Ancaq Makronun Çin səfəri sübut etdi ki, Fransa artıq keçmişdən gələn "nostalji güc"ünü də itirir, hər keçən gün ABŞ, Çin, Rusiya və digər azsaylı ölkələrə regional və qlobal məsələlərdə yenilir. Təkcə Fransa deyil, köhnə sistemin ABŞ liderliyində təkqütbü güc mərkəzini formalaşdıran kollektiv Qərb zəifləməyə davam edir. Britaniya diplomatiyası artıq əvvəlki uğurlu manevrlərini təkrarlaya bilmir, min ildən çoxdur dünyanın ən güclü ordularından və donanmalarından birinə sahib ingilislər artıq ən azından ABŞ, Çin və Rusiyadan açıq-aşkar geridə qalır, Almaniyanın isə nə Prussiya zamanındakı, nə də dünya müharibələrinə səbəb olacaq hərbi-siyasi gücü və təsiri var.

Avropanın əlində son silahı - güclü iqtisadiyyat var ki, bu da gün keçdikcə zəifləməyə məhkum görünür. Elə olmasa, bir zamanlar Çinə yatırımlar edən, təkcə Çində deyil, dünyanın hər yerində yatırımları olan Avropa Çindən yatırım istəməzdi. Makronun öncə Çini Avropaya investisiya qoymağa çalışması, ardınca isə ikitərəfli ticarətdə Çinin daha çox satıb, daha az almasına görə Pekini tariflərlə hədələməsi də Avropa iqtisadiyyatının sürətlə zəifləməsinin ilkin işartılarıdır.

Əlbəttə, bu gün Avropanın yaşadığı təhlükəsizlik problemləri yeni çağırışdır və çağırış fonunda qoca qitənin qarşısında yeni hədəflər var: Avropa qısa zamanda hərbi təhlükəsizliyinin ABŞ-dən asılılığına son qoymalı, Ukraynada tam qələbə mümkün olmasa da, məğlubiyyəti önləyəcək nəticəyə nail olmalı, yeni dünya düzənində Avropanın əsas güc mərkəzi olmasına nail olunmalıdır.

Bu çağırışların hər birini bir cümlə ilə ifadə etmək mümkün olsa da, reallaşdırılması üçün onilliklər, milyardlarla, bəlkə triliyonlarla avro lazım olacaq. Bu isə, uzaq perspektivdə əldə ediləcək uğurlar üçün yaxın perspektivdə ciddi sıxıntılar deməkdir.

Makronun Çin səfəri də əslində hər şeydən öncə Avropanın son silahının - iqtisadiyyatının qorunmasını hədəfləyirdi. Düzdür, hərbi-siyasi və beynəlxalq məsələlər ətrafında da müzakirələr mütləq olub, onlar da vacib məsələlərdir. Ancaq Avropa, yəqin, anlayır ki, indi onun dünya siyasətində hərbi-siyasi təsirləri kifayət qədər azdır. Ən azından ABŞ, Çin və Rusiya ilə müqayisədə. Ona görə də Makron və digər avropalı liderlər üçün əsas nüans Avropanın iqtisadi əhəmiyyətini qoruyub saxlamaqdır. Çünki güclü iqtisadiyyat həm də güclü hərbi-texniki inkişaf doğura bilər. Təkcə hərbi-texniki deyil, bütün sahələrdə uğurların ilk şərti elə iqtisadi gücün olmasıdır.

Ona görə də, Makron dəyişən dünya reallıqlarında Çin faktorunun önəmini anladı və Pekinlə Paris arasında Avropadan ilk əsas körpünü inşa etməyə çalışır. ABŞ-nin Avropaya tariflər tətbiq etməsi, Vaşinqtonun NATO-ya biganə rəftarı, Donald Tramp administrasiyasının Rusiya siyasəti Avropa üçün Çini "vacib alternativ" edir. Çinin Avropa ilə əməkdaşlığa razı salınması və buna nail olan tərəfin Makron, yəni Fransa olması rəsmi Parisə yeni dünyada Avropanın əsas paytaxtı olması imkanı verəcəkdi.

Qısası, Makron bir səfərlə iki nailiyyət qazanmağa çalışırdı:

Avropanın düşdüyü çətinlikdən çıxması, üzləşdiyi problemləri həll edə bilməsi üçün Çinlə əməkdaşlıq fonunda həm Rusiya, həm də ABŞ-yə qarşı yeni balans yaratmaq;

Yeni balansın formalaşmasının əsas tərəfi kimi Fransanı yenidən Avropanın ən güclüsünə çevirmək. Beləcə, yeni çoxqütblü dünyada Avropanın güc mərkəzinə çevrilməsi və əsas mərkəzin Fransa olmasına nail olmaq.

Bəs Makron Fransası bu niyyətlərinə çatmaq imkanına sahibdirmi?

Əslində, Makron həm ümumavropa maraqlı, həm də öz ölkəsinin maraqları baxımından kifayət qədər ağıllı addım atdı. Ancaq bu gün Fransa dünya siyasətində uduzduğu kimi, elə Avropa siyasətində də Almaniya və Britaniyadan geridədir. Britaniya təkbaşına bütün güc mərləzləri ilə müstəqil əlaqələrə malikdir. Hətta Fransanın bu gün Çinlə nail olmaq istədiyi razılaşmalara az-çox nail olub. "Bir kəmər, bir yol" layihəsi inkişaf etdikcə Britaniyanın da qazancları artacaq və dünya siyasətində yenidən önə çıxa bilər. Üstəlik, bu gün Avropa siyasətində ABŞ, Rusiya və Çin üçlüyü arasında əsas tərəfdaş və müttəfiq ABŞ olaraq qalır. Paris isə Vaşinqtonla zidd, London müttəfiqdir.

O ki qaldı Almaniyaya. Fransa bu ölkə ilə də Avropa İttifaqında dominant olmaq mübarizəsi aparır. Güclü alman sənayesi, hərbiləşməyə dahaa müsait alman ruhu Fransa üçün ciddi rəqibdir.

Ona görə də Makronun Fransanı yenidən "Avropanın ən güclüsü" etmək, bununla da yeni dünyada özünün rəhbərlik etdiyi Avropa inşa etməsi planları mümkünsüz görünür. Avropa ağıllı gedişlər və çevik manevrlər edə bilərsə, Britaniya–Almaniya işbirliyində bu gücə çata bilər. Ancaq frnasızların ingilisləri və almanları sıradan çıxarmaları müşkül görünür.

Elə Makronun pənah apardığı Çinin də Avropa ilə bağlı işbirliyini artırmaq planları olsa, bunu böyük ehtimalla Britaniya, ikinci ehtimalla isə Almaniya ilı edəcəklər.

Fransa istəsə də, istəməsə də, artıq nostalji gücünü bərpa edə bilməyəcək. Paris dünya siyasətində uduzmağa davam edəcək. Tək bir yolu - Rusiya ilə əlaqələri artırmaq qalır. O da çox risklidir. Alınsa, az-çox gücünü qoruyacaq, alınmasa, Avropada, ümumavropa dəyərlərində "xain Fransa" kimi xatırlanacaq...

Həşim Səhrablı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri