Icma.az
close
up
RU
Makronun Trampa qarşı demarşı nəyə xidmət edir? (ŞƏRH)

Makronun Trampa qarşı demarşı nəyə xidmət edir? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın ənənəvi müttəfiqlərindən uzaqlaşmaq siyasəti Avropa İttifaqı ölkələrini öz təhlükəsizlikləri barədə daha ciddi düşünməyə vadar edib. Bu  xüsusda da əsasən Fransa fərqlənir. 

Fransa Prezidenti Emmanuel Makron martın  5-də ölkə əhalisinə müraciətində bildirib ki, Rusiya Fransa və Avropa üçün ciddi təhlükəyə çevrilib. Bu əsasda da o, Aİ ölkələrini müdafiə etmək üçün Fransanın  nüvə silahından istifadə məsələsilə bağlı diskussiyaya başlamağa çağırış edib. 

O bildirib ki, bununla bağlı Parisdəki avropa  ordularının bütün komandirlərilə görüşməyi planlayıb. Makronun sözlərinə görə, Fransa ABŞ-ın artıq onun tərəfində olmadığına  hazır olmalıdır:

"Nüvə təhdididin qarşısının alınması, mühüm əhəmiyyt kəsb edir. Bu siyasət bizim Avropadakı bütün müttəfiqlərimizə yayılmalıdır”.

Makron həmçinin, müdafiə xərclərinin  artırılması vacibliyini qeyd edib: 

"Avropa özünü daha yaxşı müdafiə etmək gücündə olmalıdır. Biz silahlanmaya ciddi   diqqət yetirməliyik. Bu arada o da bəlli olub ki, Avropa müdafiəyə əlavə 800 milyard  avro ayıracaq”. 

Avropa Komissiyasının prezidenti Ursula  fon der Lyayen bildirib ki, Avropa təhlükəsizlik sammiti qitə üçün dönüş nöqtəsində toplanıb və müdafiə qabiliyyətini artırmaq və Ukraynanı gücləndirmək üçün qərarlar qəbul etməlidir: 

"Fövqəladə dövrlər xüsusi tədbirlər tələb edir. Bu, Avropa və bizim Avropa ailəmizin bir hissəsi olan Ukrayna üçün dönüş nöqtəsidir. Avropa açıq-aşkar təhlükə ilə üz-üzədir. Buna görə də, Avropa özünü müdafiə edə bilməli, həmçinin Ukraynanın da müdafiəsini təmin edərək ədalətli və davamlı sülhü irəlilətməlidir". 

O əlavə edib ki, Avropa güc yolu ilə sülhə nail olmaq istəyir və bu məqsədlə liderlərə "ReArm Europe” planını təqdim edəcək. Bu plan Avropanın müdafiəsinə 800 milyard avro həcmində investisiyalar yatırmağı nəzərdə tutur. Bu plan Avropa ölkələrinin öz müdafiə sənayesinə böyük investisiyalar yatırmasına, Ukraynada silah istehsalının təşkilinə və Kiyevə silah tədarükünün gücləndirilməsinə imkan verəcək. Makron və Ursula fon der Lyayenin bu açıqlamaları onu deməyə əsas verir ki, ABŞ-ın geri çəkilməsi fonunda Avropa yaxın dövrlərdə silahlanmaya ciddi diqqət yetirəcək. Bu isə onun hərbi potensialının artırılacağı anlamına gəlir. Deməli, yaxın illərdə Avropa ölkələri sürətlə silahlanmaya və şəxsi heyətin artırılmasına gedəcək. Bu əsasda əsas diqqət həmçinin Ukraynanın daha güclü silahlanmasına yönəldiləcək. Bütün bunlar da aydın məsələdir ki, şərqdən gələn təhlükənin qarşısını almağa hesablanmış addımlardır. Makronun dediklərindən belə çıxır ki, Fransa nüvə silahına malik ölkə olaraq hətta ola bilsin ki, Rusiya ilə sərhəd ölkələrdə özünün nüvə başlıqlarını da yerləşdirmək istəyir. Həmin açıqlama Fransanın özünün nüvə arsenalını daha da artıra biləcəyinə də işarə ola bilər. Makron bununla bir tərəfdən, ölkəsinin Avropa İttifaqında lider rolunda olduğunu göstərmək istəyir, həm də daxili auditoriyaya Fransanı gücləndirəcəyinin anonsunu verir. Digər tərəfdən isə, həmin davranışı ilə Rusiyaya xof gəldiyini düşünür. Makronun həmin bəyanatından dərhal sonra Putinin açıqlamaları məqsədlərdən birinin məhz belə olduğunu deməyə əsas verir. Belə ki, Putin bəyan edib ki, Napoleon dövrünə qayıtmaq istəyən insanlar bu tarixi hadisənin nə ilə bitdiyini unudurlar. 

Qeyd edək ki, Makron əvvəllər də Ukraynaya qoşun göndərilməsi vacibliyini bəyan etmişdi. Lakin onun bu bəyanatları da elə söz olaraq qalıb. Hər halda, görünən odur ki, mövcud vəziyyətdə Avropa sürətlə silahlanmaqdan başqa çıxış yolunun olmadığını anlayır. İndiki situasiyada vəziyyətdən çıxmaq üçün bu yeganə doğru variantdır. Əks halda, Amerikanın geri çəkilməsi fonunda şərqdən gələn təhlükə yaxın dövrdə Avropanın özünü də təhdid altına alacaq. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Mart 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri