Icma.az
close
up
RU
Maks Ferstappenə görə jurnalistlər FIA ya çağırış etdi

Maks Ferstappenə görə jurnalistlər FIA ya çağırış etdi

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Formula-1” dünyası Yaponiya Qran-prisində baş verən gözlənilməz hadisə ilə çalxalanır. Dördqat dünya çempionu Maks Ferstappen akkreditasiyadan keçmiş jurnalisti öz mətbuat konfransından qovması ilə bağlı media nümayəndələrinin etirazı yeni mərhələyə qədəm qoyub.

İdman.Biz xəbər verir ki, hadisə “Suzuka” trasında, “Red Bull”un qonaq zonasında baş tutan media sessiyası zamanı yaşanıb. Ferstappen “The Guardian” nəşrinin müxbiri Cayls Riçardsı görən kimi sualları dayandıraraq ona dərhal məkanı tərk etməyi əmr edib. Niderlandlı pilot bu addımını Riçardsın ötən il Abu-Dabidə, çempionluğu Lando Norrisə uduzduğu yarışdan sonrakı “xoşagəlməz davranışı” ilə əsaslandırıb.

Hadisədən sonra Cayls Riçards və onu müdafiə edən digər jurnalistlər sosial şəbəkələrdə ağır təhqirlərə məruz qalıblar. Bu vəziyyət İtaliya Avtomobil Jurnalistləri Assosiasiyasının (UIGA) sərt bəyanatı ilə nəticələnib. Bəyanatda bildirilir ki, jurnalistlərə qarşı düşmənçilik mühiti və şifahi təzyiqlər qəbulolunmazdır və bu, mətbuat azadlığının fundamental prinsiplərini pozur.

Bir neçə təcrübəli jurnalistdən ibarət Media Məsləhət Şurası məsələni FIA rəsmiləri ilə müzakirə edib. Qurumun bu problemi “Red Bull” rəhbərliyi ilə həll edəcəyi gözlənilir. UIGA isə FIA-nı bütün tərəflərlə təcili dialoqa çağırıb:

“Hörmətli və qorunan mətbuat idmanın, o cümlədən “Formula-1”in şəffaflığı və etibarlılığı üçün əsas sütundur, yardımçı məsələ deyil”.

Maks Ferstappenin bu davranışı və komandanın buna icazə verməsi idman ictimaiyyətində böyük müzakirələrə yol açıb. Jurnalistlər iş şəraitinin pisləşməsindən və məlumat əldə etmək imkanlarının məhdudlaşdırılmasından ciddi narahatlıqlarını ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Mart 2026 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri