Icma.az
close
up
RU
Malini Mehra, Tural Gəncəliyev və Sevil Mikayılova qlobal iqlim problemləri ilə mübarizə tədbirlərini müzakirə ediblər Milli Məclisin və “Baku Network”un birgə layihəsi VİDEO

Malini Mehra, Tural Gəncəliyev və Sevil Mikayılova qlobal iqlim problemləri ilə mübarizə tədbirlərini müzakirə ediblər Milli Məclisin və “Baku Network”un birgə layihəsi VİDEO

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Milli Məclisi və ekspert platforması "Baku Network"un birgə layihəsi çərçivəsində azərbaycanlı deputatlar Tural Gəncəliyev və Sevil Mikayılova, tanınmış ekoloji aktivist, Harmonik Ətraf Mühit üzrə Qlobal Qanunvericilər Təşkilatının (GLOBE) Baş direktoru, sosial ədalət, dayanıqlı inkişaf və iqlim dəyişikliyi üzrə ekspert Malini Mehra ilə müzakirələr aparıblar.

Trend xəbər verir ki, müzakirələr zamanı tərəflər Azərbaycanın ev sahibliyi etdiyi COP29-un əhəmiyyəti, bu qlobal tədbirin unikal xüsusiyyətləri və Azərbaycanın sədrliyi dövründə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə üçün görüləcək tədbirlərdən danışıblar.

Malini Mehra müzakirələrdə çıxış edərək bildirib ki, o, son on ildir ki, "Global Legislators" təşkilatına rəhbərlik edir, eyni zamanda, Londonda dayanıqlı inkişaf məsələləri üzrə merin komissarı kimi fəaliyyət göstərir.

"Fərqli səviyyələrdə və regionlarda işləmək mənə hadisələrə daha bütöv yanaşma imkanı verir. Mənim məqsədim müxtəlif maraqlı tərəflərin baxışlarını bir araya gətirmək və konsensus əsasında modellər yaratmaqdır", - deyə o vurğulayıb.

Malini Mehra əlavə edib ki, ilk dəfə bu ilin may ayında Azərbaycana səfər edib.

"Hörmətli Sevil xanım, sizinlə bu ilin mart ayında Parlamentlərarası İttifaqının (IPU) Baş Assambleyasında tanış olmaqdan böyük məmnuniyyət duydum. Bu, Azərbaycanın hazırlığı ilə bağlı ilk dəfə məlumat aldığımız məqam idi. Sizin ölkənizin digər sədrliklərdən fərqli olaraq, hazırlıq işləri üçün daha az vaxtı vardı. Mart ayında Cenevrədə, Beynəlxalq Konfrans Mərkəzində Azərbaycanın təqdimat videosunu izləyərkən çox təsirləndim.

Açığını desəm, insanların əksəriyyəti Azərbaycanın harada yerləşdiyi, buradakı insanların necə olduğu və hansı mədəniyyətə malik olduqları haqqında məlumata malik deyildi. Lakin bu təqdimat inanılmaz güclü idi və çox parlaq bir ilk təəssürat yaratdı.

May ayında Azərbaycana səfər etdim, çünki "Globe Legislators" təşkilatı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində xüsusi rol oynayır. Biz BMT sistemində parlament üzvləri üçün əlaqə nöqtələriyik. Bizim vəzifəmiz parlament pavilyonunu təşkil etmək, deputatlara dəstək göstərmək, onlara danışıqlar prosesini başa düşməkdə, əsas məsələləri anlamaqda və bu işdə öz parlamentlərində necə iştirak edə biləcəklərini müəyyən etməkdə kömək etməkdir. May ayındakı səfərim mənə burada baş verənləri daha yaxşı anlamağa imkan verdi.

Bu, mənim Azərbaycanla ilk təmasım idi və buraya gələn hər kəs kimi, mən də şəhərin gözəlliyinə heyran qaldım. Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Çox təmiz və rahatdır. Buradakı insanlar nəzakətli və mehribandırlar. Şəhər hərəkət üçün çox rahatdır. Şəxsi təhlükəsizlik isə mənim üçün çox vacib faktordur.

Bakı qadınlar və qızlar üçün çox təhlükəsiz şəhərdir. Məndən Azərbaycandan və ya Bakıdan əsas təəssüratımı soruşduqda həmişə deyirəm: "Bu, mənim qızlarımı rahatlıqla müşayiətsiz göndərə biləcəyim bir ölkədir. Onlara deyərdim: gedin, zövq alın. Siz burada təhlükəsiz olacaqsınız. Hər şey yaxşı olacaq", - o deyib.

Daha sonra M.Mehra qeyd edib ki, COP29-un "Sözlər yox, əməllər" devizi - yəni, sözlərdən əmələ keçid ideyası onun çox xoşuna gəlib.

"Çox vaxt biz müzakirələr aparır, bəyanatlar verir, fikirlərimizi bölüşürük, amma əslində nə etmişik? Bu, ilk növbədə özümüzə, daha sonra isə başqalarına verməli olduğumuz ən vacib sualdır. Yalnız bu cür yanaşma ilə effektivliyə nail olmaq mümkündür.

Azərbaycanın COP29-dakı sədrliyinin xüsusiyyətləri barədə danışsaq, onu əvvəlki sədrliklərdən fərqləndirən bir neçə əsas məqamı qeyd etmək olar. İlk növbədə, bu, "Troyka" (COP28, COP29 və COP30) adlanan mexanizmin işinin ilk dəfə rəsmi şəkildə formallaşdırıldığı sədrlikdir. Əvvəllər sədrliklər arasında səlahiyyətlərin ötürülməsi prosesi daha çox qeyri-formal xarakter daşıyırdı. Lakin indi bu sistem rəsmi şəkildə təşkil edilib ki, bu da onların təşəbbüsləri arasında koordinasiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Bu koordinasiya təkcə prosedurlara deyil, müxtəlif sədrliklərin təşəbbüsləri arasındakı əməkdaşlığa da aiddir. Məsələn, bir sədrlik müəyyən bir proqram və ya tərəfdaşlıq təşəbbüsü başlatdıqda, sual yaranır: onların icrasına kim nəzarət edəcək? Onların öz məqsədlərinə çatmasına kim cavabdeh olacaq?", - deyə M.Mehra bildirib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri