Maliyyə naziri: Uşaq bağçalarının saxlanması olduqca böyük vəsait tələb edir Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Uşaq bağçalarının saxlanması olduqca böyük vəsait tələb edir.
Bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, uşaq bağçaları əsas şəhərlərdə, şəhər mərkəzlərində təmin olunacaq: "Təhsil konsepsiyasında uşaq bağçaları erkən təhsildə məktəbə hazırlıq kimi qəbul edilir. Ona görə yerlərdə həftədə 3-4 dəfə məktəbəqədər dərslər təşkil olunur. Burada məktəb müəllimləri də iştirak edir. Bununla həm də məktəb müəllimlərinin güzəranının yaxşılaşdırılması istiqamətində iş görülür”.
///apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















