Icma.az
close
up
RU
“Maliyyə Nəzarətinin (Auditin) Formalaşması və İnkişafı tarixi faktlar” adlı kitab çap olunub

“Maliyyə Nəzarətinin (Auditin) Formalaşması və İnkişafı tarixi faktlar” adlı kitab çap olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Auditorlar Palatasının üzvü, Palata Şurası yanında Hüquqi Təminat Komitəsinin sədri Ənvər Aslanovun yazdığı “Maliyyə Nəzarətinin (Auditin) Formalaşması və İnkişafı – tarixi faktlar” kitabı çapdan çıxıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, kitab maliyyə nəzarəti və audit sahəsində maraqlı və faydalı biliklər əldə etmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub, auditorlar, mühasiblər, maliyyə nəzarətçiləri, maliyyəçilər, habelə müvafiq ali məktəblərin tələbə və müəllimləri üçün mənbədir. Əsərdə maliyyə nəzarətinin və audit peşəsinin inkişaf tarixinə dair zəngin, diqqətəlayiq və maraqlı tarixi faktlar təqdim olunur və oxuculara peşəkar biliklər verməklə yanaşı, həmin sahələrin tarixi köklərini də aydınlaşdırmağa imkan verir.

Kitab qədim dövrlərdən başlayaraq orta əsrlər və müasir dövrə qədər geniş bir vaxt intervalını əhatə edir. Hər bir dövr, özündə həm iqtisadi, həm də siyasi aspektlərdən dərin tarixi əhəmiyyət kəsb edən məlumatları cəmləşdirir. Sözügedən əsər audit və maliyyə nəzarətinin yalnız müasir dövrün tələblərinə uyğun deyil, həm də tarixən necə inkişaf etdiyini və müxtəlif sivilizasiyaların bu sahədəki töhfələrini izah edir.

Ə. Aslanovun əsərində Səfəvilər dövründəki maliyyə idarəetməsinin spesifiklikəri xüsusi yer tutur. Bu dövrdə maliyyə nəzarətinin inkişafı, həmçinin Şah İsmayılın dövründəki maliyyə nəzarətinin əsas xüsusiyyətləri və Beytül-mal idarəsinin funksiyaları barədə məlumat verilir. Səfəvilər dövrü maliyyə idarəetməsinin formalaşmasında və auditin ilkin formalarının tətbiq edilməsində mühüm mərhələ olub. Beytül-mal idarəsinin funksiyalarının düzgün və səmərəli şəkildə həyata keçirilməsi, dövrün iqtisadiyyatının sağlamlığına müsbət təsir göstərmiş və buna görə də həmin dövrün maliyyə nəzarəti sisteminin təhlili, müasir auditin inkişafına işıq tutur.

Şah I Abbas dövrü, həm də maliyyə nəzarətinin müasir təcrübəyə daha da yaxınlaşdığı bir dövr olaraq qiymətləndirilə bilər. Şah I Abbasın dövründə aparılan maliyyə islahatları, dövlətin maliyyə sistemini daha şəffaf və sistematik hala gətirməklə yanaşı, dövrün iqtisadiyyatına böyük təsir göstərib. Şah I Abbasın həyata keçirdiyi bu islahatlar, audit və maliyyə nəzarətinin inkişafında çox mühüm bir mərhələni təşkil edir. Bu islahatların nəticəsində, mühasibatlıq və maliyyə nəzarəti sahəsindəki yeni metodlar tətbiq edilib, dövlət işçilərinin məsuliyyəti daha da aydınlaşdırılıb.

Kitabın xüsusi maraq doğuran bölmələrindən biri də İslam dünyasında mühasibat və auditə dair prinsiplər və qaydalardır. Burada Qurani-Kərim və Şəriət qanunları əsasında tətbiq olunan audit metodları, İmam Əli tərəfindən həyata keçirilən audit üsulları və məmurların etik kodeksi haqqında ətraflı təhlillər yer alır. Bu hissə mühasibat və auditin yalnız iqtisadi deyil, həm də dini və etik müstəvidə necə inkişaf etdiyini göstərir. İslamda maliyyə idarəçiliyi və nəzarət prinsiplərinin həm hüquqi, həm də dini müstəvidə təkcə iqtisadiyyatla deyil, həm də sosial ədalət və şəffaflıqla necə bağlı olduğunu izah edən məlumatlar oxucular üçün çox maraqlıdır.

Osmanlı imperiyasının maliyyə idarəetməsi və auditə bənzər tətbiqləri kitabda xüsusi yer tutub. Osmanlı dövründə auditin inkişafı və maliyyə nəzarətinin necə təşkil edildiyi barədə təhlillər təqdim edilir. Həmçinin, Köprülü Mehmed Paşa dövründə maliyyə nəzarətinin müasir anlayışa yaxınlaşması və dövrün iqtisadiyyatında auditin rolu da izah olunur. Osmanlıda tətbiq olunan maliyyə nəzarəti və audit üsullarının bugünkü mühasibatlıq və audit təcrübələrinə necə təsir etdiyini anlamaq üçün bu hissə çox əhəmiyyətlidir.

Roma imperiyasının maliyyə sistemində tətbiq olunan audit və maliyyə nəzarəti, həmçinin orta əsrlərdə kilsə idarəetməsindəki maliyyə nəzarəti və auditin roluna dair məlumatlar da kitabın önəmli hissələrindəndir. Roma imperiyasının inkişaf etdiyi dövrdə audit və maliyyə nəzarətinin inkişafı, həm iqtisadiyyatda, həm də dövlət idarəçiliyində böyük əhəmiyyət kəsb edirdi. Kitabda Roma imperiyasında tətbiq olunan mühasibatlıq və audit sistemləri, o dövrdəki hesabatlılıq və uçot metodları ilə bağlı geniş məlumatlar verilir. Eyni zamanda, kilsə idarəetməsində maliyyə nəzarətinin rolu və kilsə auditinin məqsədləri haqqında geniş təhlillər aparılır.

Kitabın son səhifələrində Azərbaycanda auditin yaranması və inkişafı ilə bağlı maraqlı faktlar təqdim olunur. Azərbaycanın müstəqil olmasından sonra maliyyə nəzarətinin və auditin necə təşkil edildiyi, bu sahədəki inkişafın ölkənin iqtisadiyyatına və beynəlxalq maliyyə sistemlərinə inteqrasiyasına necə təsir etdiyi geniş şəkildə izah edilir. Azərbaycanda auditin inkişafı, onun müasir dövrün tələblərinə uyğun olaraq necə təkamül etdiyi barədə məlumatlar verilir.

Əsər oxuculara auditin və maliyyə nəzarətinin müxtəlif dövrlərdə necə formalaşdığını anlamağa və bu sahələrin gələcəyinə dair geniş bir perspektiv əldə etməyə imkan verir.

Kitabın tərtibçi redaktoru Auditorlar Palatasının Haqsız Rəqabətə Qarşı Mübarizə İdarəsinin rəis müavini Afiqə Bayramova, rəyçiləri isə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov və Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri