“Maliyyə texnologiyaları və innovasiyalar” mövzusunda təlim sessiyası keçirilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” çərçivəsində keçirilən növbəti təlim sessiyası “Maliyyə texnologiyaları və innovasiyalar” mövzusuna həsr olunub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın Maliyyə bazarlarında tərəfdaşlığın inkişafı və təşviqi şöbəsinin böyük mütəxəssisi Jalə Əfəndiyeva tərəfindən Bakı Slavyan Universitetində təhsil alan gənc jurnalistlərə xüsusi tənzimləmə rejimi, açıq bankçılıq yanaşması, virtual aktivlər, “Öz müştərini tanı” platforması və digər innovativ maliyyə həlləri barədə məlumat verilib.
Aktiv müzakirələr şəraitində keçən sessiyada, həmçinin Mərkəzi Bankın ölkədə innovasiyaların təşviqinə yönəlmiş əsas təşəbbüslərindən və tənzimləyici rolundan bəhs olunub.
Təlimin sonunda iştirakçılara maliyyə texnologiyaları və innovasiyalar mövzusunda xəbərlərin formalaşdırılmasına dair tövsiyələr də səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 12 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















