Orqanik istehsal və Aqrar İnnovasiyalar mövzusunda növbəti tədbir keçirilib FOTOLAR
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ekoloji və Aqrar İnkişaf" İctimai Birliyi tərəfindən 22.07.2025-ci il tarixində "Samux rayon DAİM"də 15 nəfərin (fermerlər, sahibkarlar, gənclər və DAİM nümayəndələri) iştirakı ilə "Orqanik istehsal və Aqrar İnnovasiyalar" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
QHT.az xəbər verir ki, maarifləndirici görüşdə layihənin rəhbəri Yalçın Hacıyev layihənin məqsədləri və əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Tədbirin eksperti, ADAU-nun əməkdaşı Elmir Mahmudov isə orqanik kənd təsərrüfatı və aqrar innovasiyalar sahəsində müasir yanaşmalar, texnologiyalar və tətbiq imkanları haqqında təqdimatla çıxış edib.
Sonda tədbir iştirakçılarına setifikat və ağac tingləri təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 İyul 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















