“Orqanik İstehsal və Aqrar İnnovasiyalar” mövzusunda maarifləndirici tədbir keçirilib FOTOLAR
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
15 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloji və Aqrar İnkişaf” İctimai Birliyi tərəfindən Gəncə şəhərində yerləşən “Gəncə Maarif Evi”ndə “Orqanik İstehsal və Aqrar İnnovasiyalar” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
QHT.az xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, iş adamları və gənclər olmaqla ümumilikdə 15 nəfər iştirak edib.
Maarifləndirici görüşdə layihənin rəhbəri Yalçın Hacıyev layihənin məqsədləri və əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Tədbirin eksperti, ADAU-nun əməkdaşı Elmir Mahmudov isə orqanik kənd təsərrüfatı və aqrar innovasiyalar sahəsində müasir yanaşmalar, texnologiyalar və tətbiq imkanları haqqında təqdimatla çıxış edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, həmçinin ekoloji maarifləndirmənin təşviqi məqsədilə onlara ağac tingləri hədiyyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 17 İyul 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















