Icma.az
close
up
RU
Manat dollar qarşısında sabit qalacaq MÜHÜM DETALLAR

Manat dollar qarşısında sabit qalacaq MÜHÜM DETALLAR

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Dünya valyuta bazarında müxtəlif pul vahidlərinin məzənnəsi iqtisadi və siyasi proseslərdən asılı olaraq mütəmadi dəyişir. 

Lakin Azərbaycanda dolların məzənnəsi uzun müddətdir sabitliyini qoruyur. Digər valyutalarda müşahidə olunan dəyişikliklər fonunda dolların məzənnəsinin dəyişməməsi diqqət çəkən məsələlərdən biridir. Bəs bu sabitliyin arxasında hansı iqtisadi amillər dayanır və mövcud vəziyyət nə qədər davam edə bilər?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, digər valyutaların məzənnəsində dəyişikliklər müşahidə olunduğu halda, manatın ABŞ dolları qarşısında uzun müddətdir 1,70 səviyyəsində qalması ilk növbədə ölkədə tətbiq olunan məzənnə siyasəti, valyuta bazarının xüsusiyyətləri və Mərkəzi Bankın müdaxilə imkanları ilə bağlıdır:

“Azərbaycan iqtisadiyyatında dolların məzənnəsi əsasən sərbəst bazar mexanizmi ilə formalaşmır. Məhz neft və qaz ixracından əldə olunan valyuta gəlirləri, Dövlət Neft Fondunun transfertləri, ölkənin tədiyə balansı və valyuta bazarında Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatlar manatın məzənnəsinin sabit saxlanılmasında mühüm rol oynayır. Bu siyasətin müəyyən üstünlükləri var. Xüsusilə idxaldan asılı olan iqtisadiyyatda məzənnə sabitliyi xaricdən gətirilən məhsulların qiymətinə valyuta məzənnəsi vasitəsilə əlavə təzyiqin yaranmasını məhdudlaşdırır.

Eyni zamanda, sahibkarlar və əhali üçün müəyyən proqnozlaşdırıla bilən mühit formalaşdırır. Lakin burada ciddi bir iqtisadi problem mövcuddur: manatın dollar qarşısında sabit qalması ölkədə qiymətlərin də sabit qalması demək deyil. Hazırda iqtisadiyyatda müşahidə olunan inflyasiya proseslərinə yalnız məzənnə prizmasından yanaşmamalıyıq. İdxaldan yüksək asılılıq, yerli istehsalın rəqabət qabiliyyətinin zəifliyi, logistika və istehsal xərcləri, fiskal siyasət, bazarda rəqabət mühiti və gömrük mexanizmləri qiymətlərin formalaşmasına birbaşa təsir göstərir.

Xüsusilə gömrük siyasətinə diqqət yetirmək lazımdır. Gömrük rüsumları, idxal zamanı yaranan əlavə xərclər və inzibati prosedurlar sahibkarın maya dəyərinə təsir edir”.

Onun sözlərinə görə, sahibkar bu xərcləri öz üzərinə götürə bilmədikdə, onların müəyyən hissəsi son nəticədə istehlak qiymətlərinə ötürülür:

“Beləliklə, gömrük siyasəti büdcə gəlirlərinin təmin edilməsiylə yanaşı, daxili bazarda qiymətlərin formalaşmasına da təsir edən mühüm iqtisadi alətə çevrilir.

Fikrimcə, burada dövlət büdcəsinin gəlir planlarının icrası ilə iqtisadiyyatın rəqabət qabiliyyəti arasında düzgün tarazlıq qorunmalıdır.
Gömrük orqanlarının fiskal öhdəlikləri yerinə yetirməsi vacibdir. Lakin bu proses sahibkarların üzərinə əlavə xərc yükü yaratmaqla, idxalın maya dəyərini artırmaqla və nəticədə istehlakçının alıcılıq qabiliyyətini zəiflətməklə nəticələnməməlidir.

Digər tərəfdən, Mərkəzi Bank inflyasiyanı cilovlamaq üçün pul-kredit siyasətindən istifadə edir, faiz dərəcələrini və pul bazarındakı likvidliyi tənzimləyir. Ancaq inflyasiyanın mühüm hissəsi istehsal və təchizat xərclərindən, idxal qiymətlərindən və fiskal amillərdən qaynaqlanırsa, yalnız monetar alətlərlə bu prosesə tam nəzarət etmək mümkün deyil.

Əslində, Mərkəzi Bank məzənnə sabitliyini qorumağa çalışdığı şəraitdə belə inflyasiya davam edir. Bu, iqtisadiyyatda qiymət artımının təkcə valyuta məzənnəsindən asılı olmadığını göstərir. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, manatın dollar qarşısında sabit qalması öz-özünə baş verən proses deyil”. 

O bildirib ki, bu sabitliyin qorunması üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklif arasındakı tarazlığı təmin etməli, zərurət yarandıqda valyuta müdaxilələri həyata keçirməli və bunun üçün valyuta resurslarından istifadə etməli olur:

“Başqa sözlə, bazarda dollara tələb təklifi üstələdiyi zaman məzənnənin mövcud səviyyədə saxlanılması üçün valyuta bazarına əlavə təklifin yönəldilməsi tələb oluna bilər. Bu proses müəyyən maliyyə resursları hesabına həyata keçirilir və onun iqtisadi dəyərini nəzərdən qaçırmaq olmaz. Hesab edirəm ki, məzənnə sabitliyinin qorunması ilə yanaşı, bu sabitliyin hansı resurslar hesabına təmin edildiyi də müzakirə olunmalıdır.

Çünki valyuta ehtiyatları iqtisadi təhlükəsizliyin mühüm təminatlarından biridir və onların idarə olunması uzunmüddətli dayanıqlılıq prinsiplərinə əsaslanmalıdır. Əgər ölkə iqtisadiyyatında idxaldan asılılıq yüksək olaraq qalırsa, qeyri-neft sektorunun valyuta gəlirləri kifayət qədər genişlənmirsə və daxili istehsalın rəqabət qabiliyyəti zəifdirsə, məzənnə sabitliyinin qorunması daha çox valyuta resurslarının idarə edilməsindən asılı vəziyyətə düşür.

Ona görə də dolların hazırkı məzənnə səviyyəsində qalmasını iqtisadiyyatda bütün problemlərin həll olunmasının göstəricisi kimi qəbul etmək olmaz.
Məzənnə sabitliyi müəyyən iqtisadi və maliyyə resurslarının hesabına qorunur. Bu prosesin davamlılığı isə ölkənin valyuta gəlirlərindən və bazardakı tələb-təklif balansından asılıdır.

Mən bu suala konkret tarix göstərməklə cavab verməyi düzgün hesab etmirəm. Manatın məzənnəsinin gələcək dinamikası bir neçə fundamental amildən asılıdır: neft və qaz gəlirləri, dünya enerji bazarındakı qiymətlər, tədiyə balansının vəziyyəti, ölkənin valyuta ehtiyatları, idxalın həcmi və fiskal siyasətin istiqaməti. Bu göstəricilər əlverişli olduğu və valyuta bazarında tələb-təklif tarazlığı qorunduğu müddətdə mövcud məzənnə siyasətinin davam etdirilməsi üçün imkanlar qalır.

Lakin uzunmüddətli sabitlik yalnız valyuta müdaxilələri ilə deyil, iqtisadiyyatın struktur problemlərinin həlli ilə təmin olunmalıdır. Bir məsələni də nəzərə almalıyıq: əgər məzənnə sabitliyinin qorunması imkanları zəifləsə və manatın dollar qarşısında dəyərində dəyişiklik baş versə, idxaldan asılılığımız səbəbindən bu dəyişiklik qiymətlərə əlavə təzyiq göstərə bilər. Belə şəraitdə inflyasiya riskləri daha da arta bilər.

Buna görə də məzənnə sabitliyinin qorunması mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, sabitliyin iqtisadi əsasları da davamlı şəkildə gücləndirilməlidir. Mənim qənaətim budur ki, Azərbaycanın qarşısında duran əsas vəzifə yalnız dolların məzənnəsini qorumaq deyil, manatın daxili alıcılıq qabiliyyətini də qorumaq olmalıdır. 

Bunun üçün qeyri-neft sektorunda real və rəqabətqabiliyyətli istehsal genişlənməli, idxaldan asılılıq azaldılmalı, gömrük siyasəti sahibkarlığın inkişafını stimullaşdırmalı, bazarda sağlam rəqabət təmin edilməli və fiskal siyasət inflyasiya riskləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əks halda, məzənnənin sabit görünməsi fonunda əhalinin gündəlik xərcləri artmağa, gəlirlərinin real alıcılıq qabiliyyəti isə zəifləməyə davam edəcək”.

O qeyd edib ki, iqtisadi sabitliyin əsas göstəricisi yalnız dolların neçə manat olması yox, vətəndaşın qazandığı pulla nə qədər məhsul və xidmət əldə edə bilməsidir:

“Əsl iqtisadi dayanıqlılıq məhz bu göstərici ilə ölçülməlidir”.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: manat Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Noyabr 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri