Icma.az
close
up
RU
Manatla kredit götürmək daha risksizdir

Manatla kredit götürmək daha risksizdir

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin 1 oktyabr tarixinə ümumi kredit portfeli (bank və qeyri-bank kredit təşkilatları) 18.5% artaraq 28.4 mlrd. manata çatıb. 

Sentyabr ayının sonuna kredit portfelinin tərkibində uzunmüddətli kreditlərin payı ötən ilin sonundan bəri 82.9%-dən 83.9%-ə artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankına xəbər verir. Qeyd edilib ki, dövrün sonuna uzunmüddətli kreditlərin həcmi 23.8 mlrd. manat olub. Qısamüddətli kreditlərin payı isə bu dövrdə 17.1%-dən 16.1%-ə azalıb. Dövrün sonuna qısamüddətli kreditlərin həcmi 4.6 mlrd. manat təşkil edib. 

Vaxtı keçmiş kreditlər nəzərə alınmadan iqtisadiyyata kredit qoyuluşları hesabat dövründə ticarət və xidmət sahəsi üzrə 14.1%, sənaye və istehsal sahəsi üzrə 80.1%, inşaat və tikinti sahəsi üzrə isə 6.3% artıb. 2024-cü ilin 9 ayında kreditlərin dollarlaşma səviyyəsində azalma meyli davam edib. 

Hesabat dövründə manatla kreditlər 21.2%, xarici valyutada isə 6.3% artıb. 

Xarici valyutada olan kreditlərin cəmi kreditlərdə payı 2 faiz bəndi azalaraq sentyabrın sonuna 16.6% təşkil edib. Kreditlərin dollarlaşma səviyyəsində azalma meylinin davam etməsi manatın möhkəmlənməsinin göstəricidir? 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, manatla kredit götürmək daha risksizdir:

“Ancaq valyuta ilə kredit götürmək risklidir. Ona görə də son vaxtlar valyuta ilə olan kreditlərin həcmində azalmalar müşahidə olunur. Riskləri sığortalamaq üçün iş adamları, vətəndaşlar da valyuta ilə kreditlərə meyil etmirlər. 

Bəzi hallarda valyuta ilə kreditlərin faizləri daha aşağı olur. Vətəndaşlar risk etmək istəmirlər və ona görə də manatla kreditə üstünlük verirlər. Bu da normal və təbii prosesdir. Bundan öncəki aylarda da bunabənzər hadisələri müşahidə etmişik”. 

Ekspertin fikrincə, bu, həm də ondan xəbər verir valyuta ilə bağlı həm biznesdə, həm əhalidə müəyyən gözləntilər var:

“O riskləri göz önünə almamaq, sığortalanmaq üçün son zamanlar valyuta kreditlərinə meyil azalıb”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: Manat kredit

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see805

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see319

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see302

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see288

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see270

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see260

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see241

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see237

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see212

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see202

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see194

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see193

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see188

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see188

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see187

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see185

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see181

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see179

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see176

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri