“Mançester Yunayted” Martineslə bağlı qərarını dəyişə bilər
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərənin “Mançester Yunayted” futbol komandası müdafiəçisi Lisandro Martines ilə müqavilənin müddətini uzatmaq məsələsinə yenidən baxır.
İdman.Biz “Sky Sports”a istinabə xəbər verir ki, klub rəhbərliyi argentinalı futbolçunun son açıqlamalarından narazıdır.
28 yaşlı müdafiəçinin müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır. Klubun anlaşmanı daha bir il uzatmaq hüququ olsa da, hazırda bu variantın həyata keçirilməsi şübhə altındadır.
Buna səbəb Martinesin Çempionlar Liqasında “Atletiko Madrid”ə 0:2 hesablı məğlubiyyətdən sonra klubun transfer siyasətini açıq şəkildə tənqid etməsidir. Futbolçu idman direktoru Ceyson Uilkoks və rəhbərlikdən daha çox şey gözlədiyini bildirib.
Onun açıqlamaları komandanın daxilində də narazılıq yaradıb. Bəzi futbolçular Martinesin heyətin kifayət qədər gücləndirilməməsi barədə fikirləri ilə razılaşmayıblar.
Bu vəziyyətin iki tərəfi var. Martines, xüsusilə Maykl Karrikin çətin dövr keçirdiyi bir vaxtda klub rəhbərliyini açıq şəkildə şübhə altına almaqla, yəqin ki, həddi aşıb. Lakin onun “Mançester Yunayted”in heyətinin kifayət qədər geniş olmamasından narazılığını başa düşmək mümkündür.
Daha sonra futbolçu sözlərinə aydınlıq gətirib, lakin üzr istəməyib. O, açıqlamalarının “Mançester Yunayted”in yenidən böyük titullar uğrunda mübarizə apardığını görmək istəyindən irəli gəldiyini bildirib, amma fikirlərindən geri çəkilmək istəməyib.
“Mançester Yunayted” qarşıdakı transfer dövrlərində mərkəz və sol cinah müdafiəsini gücləndirməyi planlaşdırır. Bu isə argentinalının komandadakı gələcəyini daha da qeyri-müəyyən edir.
Martines yay transfer dövründə “Atletiko Madrid”ə keçmək istəsə də, İngiltərə klubu uyğun təklif almadığı üçün transfer baş tutmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















