“Mançester Yunayted”də Ruben Amorimi kim əvəzləyəcək?
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
"Əgər Amorim nəticələrdəki problemləri aradan qaldıra bilməsə, klub onunla yolları ayıra bilər".
İdman.biz xəbər verir ki, bunu “Mançester Yunayted”in sabiq baş məşqçi köməkçisi Rene Melensten Ruben Amorimin mümkün əvəzlənməsi barədə danışrakən deyib.
Mütəxəssis vurğulayıb ki, Amorim inadkarlığını davam etdirərsə, nəticələr yaxşılaşmazsa və qələbələr gəlməsə, klubun başqa çıxış yolu qalmayacaq.
Melensten “Mançester Yunayted”in baş məqşçi postuna ən real namizəd kimi Maykl Karriki göstərib: "O, əvvəllər “Mançester Yunayted”də çalışıb və bir çox oyunçuları yaxşı tanıyır. Buna görə də Mayklın klubla bağlı zəngin məlumatı var”.
Qeyd edək ki, Amorimin gələcəyi hələ də açıq olaraq qalır və yaxın günlərdə klubun baş məşqçi ilə bağlı qərar verməsi mümkündür.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 18 Sentyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















