Qazaxıstanda azərbaycanlıya məxsus yük maşını yandı
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 29-da Qazaxıstanın Jetısu vilayətində Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilində yanğın baş verib, lakin polislərin müdaxiləsi ilə alovun böyüməsinin qarşısı alınıb.
Bizim.Media "Azattyq Rýhy" nəşrinə istinadən xəbər verir ki, hadisə respublika əhəmiyyətli "Almatı – Ust-Kamenoqorsk" avtomobil yolunun 557-ci kilometrliyində qeydə alınıb.
Çindən Azərbaycana beynəlxalq yük daşıyan nəqliyyat vasitəsinin qoşqusundan qatı tüstü və alovun çıxdığını görən patrul polisi əməkdaşları dərhal hərəkətə keçiblər. Onlar sürücü ilə birlikdə yanğınsöndürən balonların köməyi ilə alovu söndürməyə nail olublar.
Hüquq-mühafizə orqanı əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğının yük bölməsinə və kabinəyə keçməsinin qarşısı alınıb. Hadisə zamanı sürücü xəsarət almayıb, daşınan yüklərə ziyan dəyməyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 29 Noyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















