Manukyan etiraf etdi: “Bu, müharibədə məğlubiyyətimizə səbəb oldu”
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
“Paşinyan millətin kimliyini məhv etmək siyasətindən hələ də əl çəkməyib”.
Tutkustan.az xəbər verir ki, bunu “Ermənistan Milli Konqresi” partiyasının sədr müavini Aram Manukyan deyib.
Manukyan bildirib ki, Paşinyan stress altında olan ictimaiyyəti zombiləşdirmək, qorxutmaq məqsədi güdür. O, cəmiyyəti zəiflətmək, millətin kimliyini məhv etmək siyasəti yürüdür.
“Ermənistanın xarici siyasətdə dostu yoxdur. Xəyanətkar proses nəticəsində nə Qərb bizə kömək etdi, nə də Rusiyanın timsalında strateji tərəfdaşımız Ermənistanı dəstəklədi. Bu da müharibədə məğlubiyyətimizə səbəb oldu. Ermənistan özünü qərbyönlü ölkə kimi təqdim edir. Lakin nə anti-Rusiya mövqeyinə, nə də Avropaya inteqrasiya yolu tutduğuna görə, heç nə qazanmır. Paşinyanın siyasəti yalnız güzəştə getməkdən ibarətdir. O, hesab edir ki, bu, hakimiyyəti saxlamaq üçün yeganə yoldur”, – Manukyan vurğulayıb. /Globalinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 Noyabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















