Icma.az
close
up
RU
Maqnit qasırğaları sağlamlıq üçün hansı riskləri yaradır və necə qorunmalı: Terapevt DANIŞDI

Maqnit qasırğaları sağlamlıq üçün hansı riskləri yaradır və necə qorunmalı: Terapevt DANIŞDI

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yer üzündə planetar miqyaslı maqnit qasırğaları başlayıb. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyasının məlumatına görə, geomaqnit indeksi yaxın günlərdə artacaq və qasırğaların G2-G3 səviyyəsinə çatması gözlənilir.

Həkim-terapevt Müşfiq Əsgərov Redaktor.az-a açıqlamasında bildirdi ki, maqnit qasırğaları zamanı orqanizmdə müəyyən dəyişikliklər baş verə bilər ki, bu da bəzi insanlarda narahatçılıqlara səbəb olur:

"Ən çox müşahidə olunan şikayətlər sırasında baş ağrıları, halsızlıq, yuxusuzluq, yuxu rejiminin pozulması, əsəbilik və diqqət dağınıqlığı kimi hallar yer alır. Xüsusilə də bu cür narahatlıqlar ürək-qan damar sistemi xəstəlikləri, arterial hipertenziya (təzyiq xəstəliyi), şəkərli diabet, nevroz və digər sinir sistemi pozğunluqları olan şəxslərdə daha kəskin şəkildə özünü göstərir. Yəni, sağlam insanda bu hallar adətən yüngül keçə bilərsə, xroniki xəstəlikləri olanlarda daha ciddi narahatlıq yarada bilir. Burada əsas məsələ ondan ibarətdir ki, maqnit qasırğaları zamanı orqanizmin vegetativ sinir sistemi daha həssas olur. Bu da qan dövranında, damar tonusunda, ürəyin fəaliyyətində müəyyən dəyişikliklərə gətirib çıxarır. Nəticədə xəstələrdə təzyiqin kəskin enib-qalxması, ürəkdöyünmə, sinə nahiyəsində ağrılar, başgicəllənmə və hətta panik atak tipli vəziyyətlər müşahidə oluna bilər".

Həkim qeyd etdi ki, maqnit qasırğaları zamanı riskləri minimuma endirmək üçün xəstələrin öz sağlamlıqlarına daha diqqətli yanaşmaları vacibdir.

"İlk növbədə, mövcud ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet və ya sinir sistemi pozğunluqları varsa, onların müalicəsi davamlı nəzarətdə saxlanmalıdır. Təzyiq və şəkərin səviyyəsi mütəmadi ölçülməli, dərmanlar vaxtında qəbul olunmalıdır. Eyni zamanda maqnit qasırğası dövründə həyat tərzinə diqqət yetirmək də mühümdür. Daha çox açıq havada olmaq, bol maye qəbul etmək, duzlu və ağır yeməklərdən uzaq durmaq, stresdən qaçmaq, yuxu rejimini normada saxlamaq məsləhətdir. Gündəlik rejimdə sakitləşdirici təsirli bitki çaylarından istifadə etmək, yüngül fiziki fəaliyyətlə məşğul olmaq da faydalıdır.

Unutmaq olmaz ki, maqnit qasırğaları normal fiziki prosesdir və tamamilə aradan qaldırmaq mümkün deyil. Lakin profilaktik tədbirlər və sağlam həyat tərzi bu dövrü daha yüngül keçirməyə kömək edir. Ən əsası isə risk qrupunda olan xəstələr, xüsusilə ürək, damar, şəkər və sinir sistemi xəstəlikləri olan insanlar özlərini daim nəzarətdə saxlamalı və həkim göstərişlərinə əməl etməlidirlər", - deyə Müşfiq Əsgərov bildirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri