Mark Zukerberq: “Smartfonların dövrü sona çatır”
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Meta"nın rəhbəri Mark Zukerberq yaxın gələcəkdə smartfonların aktuallığını itirəcəyini açıqlayıb.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, smartfonların dövrü bitir və onların yerini artırılmış reallıq (AR) texnologiyaları, xüsusilə ağıllı eynəklər tutacaq.
M.Zukerberqin bu proqnozu 20 il əvvəl Bill Qeytsin "iPod"un bazar liderliyinin sona çatacağı barədə söylədikləri ilə paralellik təşkil edir. B.Qeyts o zaman smartfonların xüsusi musiqi pleyerlərini tamamilə əvəz edəcəyini demişdi.
"Meta" şirkəti artıq ağıllı eynəklər və AR texnologiyalarının inkişafına böyük sərmayələr qoyur. Şirkət gələcəyin daha inteqrasiya olunmuş və interaktiv cihazlarda olduğunu vurğulayır.
Qeyd edək ki, bu açıqlamalar texnologiya dünyasında yeni mərhələnin başlanğıcını göstərir və smartfonların yaxın gələcəkdə "köhnə texnologiya" kimi qiymətləndirilməsinə səbəb ola bilər.
İlqar Şabanov
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 İyun 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















