Icma.az
close
up
RU
“Marketdə məhsulu çürüdür, amma kasıba satmır...” İlahiyyatçıdan haqlı irad

“Marketdə məhsulu çürüdür, amma kasıba satmır...” İlahiyyatçıdan haqlı irad

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bir çox ölkələrdə böyük marketlər məhsulların saxlanma müddəti azalanda müəyyən günlərdə yüksək endirim edirlər. Camaat axışıb alır, dükan sahibi də ziyana düşmür. Bizdə isə çürüdüb zibilliyə tökürlər. Bayaq böyük bir marketin qabağından keçirdim; yarısı çürümüş meyvələri əvvəlki qiymətdən cüzi endirimlə qoymuşdular. Portağal, narıngi artıq kiflənmişdi. Əslində qida təhlükəsi belə şeydən yaranır. Kiflənmiş istənilən qida zəhərlənmə verə bilər. Tamah, acgözlük və hamıdan artıq yemək hissinə təslim olanlar hara aparır cəmiyyəti? Mərkəzi Bankın sədri açıqlayıb ki, əhali pulu yastıq altında saxlayır. Vəsaitin 10 milyard dolları əhalinin özündə, 7 milyardı isə supermarket və otellərdə nağd şəklində kassalarda saxlanılır. Yəni pul dövriyyədən çıxır, mübadilə aparılmır. Orta əsr feodalizm quruluşunun təzahürü olan bu vəhşət əhalini daş dövrünə sürüyür”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

O, bildirib ki, tamah və acgözlük xəstəlikdir:

“Nəsirəddin Tusi bu xüsusiyyətləri mərəz adlandırıb, hətta müalicə də təyin edib aidiyyəti əsərində. Heç kəs bölüşmək istəmir. Çoxu bu ölkəyə vətən kimi baxmır. Kirayə qaldığı düşmən evi kimi baxır. Nə bacarırsan dağıt, tala... Allahdan da əllərini üzüblər. Həzrət Peyğəmbər deyirdi ki, nə qədər paylayıb dağıtsanız, nə qədər səxavətli olsanız, zəkat, sədəqə versəniz Allah əvizini artıqlaması ilə verəcək. Amma buna riayət edən yoxdur. Könüllər qəsafət bağlayıb. Cəsədlə namaz qılır, amma ruh ölüb. Ayaqla Həccə gedir, qəlb yoxdur. Namazı da təmənna ilə qılır çoxu ki, o dünyanı da əldən verməsin. Həccə də Allahla alver məqsədi ilə gedir ki, axirətdə ona şöhrət versin. Deyirlər, bu filan "həcinin" obyektidir. Daxil olub görürsən hiylə - fırıldaq kəllə-çarxa çıxır. Sən demə belə edirlər ki, dindar, inanclı müştəriləri cəlb etsinlər. Dini alverə alət, qalxan, reklam vasitəsi edib”. 

İlahiyyatçı deyib ki, marketdə məhsulu çürüdürlər, amma vaxtında endirim edib kasıba satmırlar: 

“Müdirinin yanına getsən, görəcəksən otağında 22 ədəd Quran var, divarlar da Həcdən gətirdiyi eksponatlarla doludur. Danışdırsan kreslosunu cırıldada-cırıldada başlayacaq and içməyə ki, "getdiyim Kəbə haqqı özümüz də baha alırıq... ". Çürüdüb əhaliyə təklif etdiyi kiflənmiş portağal kimi çoxunun içi də beləcə kiflənib. Baxma bahalı paltar geyib qiymətli ətir vurduğuna. Çöldə dönərxananın qabağında iki pişik dayanmışdı, yediyim dönərin bir parçasını onlara verdim. Dədə malı kimi iki yerə bölüb yedilər. Daha biri hamısını götürüb qaçmadı”. 

İlahiyyatçının sözlərinə görə, amma bu günün insanı elə deyil:

“İstəyir hamısını özü qabağına çəksin. Axır zaman ölkədə insanların heyvanlara meyl etməsinin səbəbləri haqda çox düşünürdüm. Çünki adamlar çoxalsa da insanlıq azalır. İnsanlar insanlığı adamlarda tapa bilmir, ona görə ev heyvanları alıb saxlayırlar. Heyvanlar əhilləşir, adamlar isə daxilən vəhşiləşir. Bu çox qorxulu prosesdir. Hər şey maddiyyatla, pulla ölçülür artıq. Mənəvi zənginliyə deyil, maddi zənginliyə üstünlük verilir. Təbəqələşmə, sinifləşmə artır və siniflərarası məsafə böyüyür. Varlı daha da varlanır, kasıb isə daha da kasıblaşır. Dini təmsil etdiyi deyilən inanclı kütlə də cəmiyyətə mənəvi dəyərlər aşılamaq əvəzinə yutub kanallarında məzhəb davası aparır, özünü tərifləyir, orta əsr ərəb - fars nağıllarını danışır, vaxtını sosial şəbəkələrdə rəqib məzhəb mənsublarını lənətləməklə keçirir. Alimlərə, mötədil dinşünaslara, mütəfəkkir, filosoflara da efirlərdə vaxt ayrılmır ki, toplumun mənəvi yöndən qidalanmasını təmin edələr. Şəhvətə, maddi tələblərə uyğun verilişlər verilir. Mənəvi aclıqları doyuran dəyərlər artıq dəfn olunur”. 

T.İrfan deyib ki, sabun, araq, pampers, hətta adını çəkməyə həya etdiyimiz nəsnələr belə televiziyalarda reklam olunur:

“Lakin bircə alimin, yazıçının əsəri, kitabı reklam olunmur. Bəyəm cəmiyyətin ehtiyacı yalnız maddi qidalaradır? Bəyəm hamı vəhşidir ki, qidadan, kolbasadan, uşaq əskisindən savayı heç nə düşünmür? Bəyəm bu cəmiyyətin alimi, şairi, yazıçısı, filosofu, ziyalısı yoxdur? Onların mənəvi qidası hanı bəs? Cəmiyyəti tamah, xəsislik, xəbislik, möhtəkirlik kimi mənfi xüsusiyyətlərdən (daha doğrusu xəstəliklərdən!) müalicə etmək üçün müdrik adamlar, alimlər, professorlar, akademiklər danışmalıdır, maarifləndirmə aparmalıdır efirlərdə. Yalnız müğənnilər, yalnız artistlər, yalnız qara xəbərlər psixoloji cəhətdən cəmiyyəti yalavaclaşdırır, ruhunu korşaldır... Nizami Gəncəvi yazırdı ki, insan gündə üç dəfə maddi qida qəbul etdiyi kimi, ən azı üç dəfə də mənəvi qida qəbul etməlidir. Yoxsa qarnı tox, könlü, ruhu, beyni ac qalacaq. Bax indiki həmin aclıqdır. Çünki bu xalq tarix boyu Dədə Qorqudun öyüdləri, Koroğlu dastanının qəhrəmanıq ruhu, folklor, xalq yaradıcılığı ilə, bayatı ruhuyla qidalanıb. İndi isə bu dəyərlərin dövrə uyğun, sistemli şəkildə aşılanması yoxdur. Bir də görürsən elə adam çıxıb efirdə namusdan, qeyrətdən danışır ki, namusu-qeyrətini təhqir olunduğunu, dəyərdən salındığını həzm edə bilmirsən... Cəmiyyəti mənfi xüsusiyyətlərdən, pis vərdişlərdən müdriklər, alimlər, ziyalılar maarifləndirmə ilə uzaqlaşdıra bilər. Bunun üçün də lazımlı adamlara cəmiyyətlə təmas üçün, əhalini mənəvi yöndən qidalandırmaq üçün efirlərdə, mediada normal şərait yaradılmalıdır”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see389

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see191

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see175

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see169

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see168

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see145

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see140

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see137

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri