Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Marketlərin tələb etdiyi ödənişlər araşdırılsın DEPUTAT

Marketlərin tələb etdiyi ödənişlər araşdırılsın DEPUTAT

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlər yerli sahibkarlar iri supermarket şəbəkələrinə məhsullarını çıxarmaq üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlər tələb olunmasından narahatlıqlarını ifadə edirlər. Bəzi hallarda bu ödənişlər hər filial üzrə 200 manatdan başlayaraq 500, 1000 manata, hətta daha yüksək məbləğlərə çatır.

Modern.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı danışıb.

Razi Nurullayev qeyd edib ki, əsas problem təkcə bu ödənişlərin mövcudluğu deyil, istehsalçıların hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur edilməsidir. O vurğulayıb ki, məhdud dövriyyə vəsaiti ilə çalışan kiçik və orta sahibkar məhsulunu satışa çıxarmamış ciddi maliyyə yükü ilə üzləşir və bu, faktiki olaraq bazara çıxışın məhdudlaşdırılması deməkdir.

Deputatın fikrincə, iri xarici istehsalçılar və idxalçılar isə böyük maliyyə imkanları, inkişaf etmiş logistika sistemi və geniş marketinq büdcəsi hesabına bu xərcləri rahatlıqla qarşılayırlar. Bundan başqa, onların aşağı maya dəyəri məhsullarını dempinq və ya dempinqə yaxın qiymətlərlə bazara çıxarmağa imkan verir.

"Beləliklə, yerli istehsalçı ikiqat təzyiq altında qalır. Bir tərəfdən rəfə çıxmaq üçün yüksək ödəniş ödəyir, digər tərəfdən isə daha ucuz idxal məhsulları ilə qiymət rəqabəti aparmalı olur", – deyə Razi Nurullayev bildirib.

Deputat əlavə edib ki, bunun nəticəsində keyfiyyətli yerli məhsullar belə istehlakçıya çatmaq imkanını itirə, ticarət rəflərində idxal məhsullarının payı arta bilər. Onun sözlərinə görə, iri ticarət şəbəkələri istehlak bazarına çıxışın faktiki nəzarətçilərinə çevrilirlər və sahibkar məhsulunu satmaq üçün deyil, sadəcə rəfdə yer almaq hüququna görə ödəniş edir. R.Nurullayev hesab edir ki, bu yanaşma bazar iqtisadiyyatının mahiyyətinə uyğun deyil və rəqabət mühitini təhrif edir.

Deputat xəbərdarlıq edib ki, bu praktikanın uzun müddət davam etməsi yerli məhsulların bazardakı payının azalmasına, kiçik və orta sahibkarlığın zəifləməsinə, milli brendlərin rəqabət qabiliyyətinin aşağı düşməsinə, istehsala investisiyaların və yeni iş yerlərinin azalmasına, vergi daxilolmalarına, eləcə də ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Razi Nurullayev bildirib ki, məsələ yalnız kommersiya münasibətləri çərçivəsində deyil, dövlətin iqtisadi siyasəti və antiinhisar prinsipləri baxımından da qiymətləndirilməlidir.

"Məhsulların ticarət şəbəkələrinə çıxışı üçün şəffaf və vahid qaydaların müəyyən edilməsini, yerli istehsalçılar üçün bu ödənişlərin məhdudlaşdırılması və ya tənzimlənməsi imkanlarının nəzərdən keçirilməsini, onların pərakəndə ticarətə çıxışını asanlaşdıracaq dəstək mexanizmlərinin hazırlanmasını vacibdir. Bu ödənişlər antiinhisar qanunvericiliyi baxımından hüquqi qiymətləndirilməli, idxal məhsullarının dempinq qiymətlərinin yerli istehsala təsiri də təhlil olunmalıdır".

O təklif edib ki, iri ticarət şəbəkələrindən təchizatçıların şəbəkəyə qəbul şərtləri barədə ətraflı məlumat tələb olunsun, listinq, marketinq və digər ödənişlərin həcmi araşdırılsın, onların yerli istehsalçılara təsiri ayrıca qiymətləndirilsin.

"Yerli istehsalçı üçün xüsusi imtiyazlar yox, ədalətli rəqabət mühiti yaradılmalıdır. Azərbaycan istehsalçısı rəfə çıxmaq üçün ödədiyi yüksək ilkin ödənişlərlə deyil, məhsulunun keyfiyyəti, qiyməti və etibarlı təchizatı ilə rəqabət aparmalıdır", – deyə deputat vurğulayıb.

Çıxışının sonunda Razi Nurullayev Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edərək məsələnin geniş müzakirəyə çıxarılmasını təklif edib. O, payız sessiyasında yerli istehsalçıların, iri və pərakəndə ticarət şəbəkələrinin, eləcə də aidiyyəti dövlət qurumlarının iştirakı ilə ictimai dinləmənin keçirilməsini və bu məsələnin müvafiq komitənin iş planına daxil edilməsini istəyib.

Deputat hesab edir ki, belə müzakirələr qanunvericiliyin təkmilləşdirilməsinə və mövcud problemlərin birgə həllinə mühüm töhfə verə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyul 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri