Icma.az
close
up
RU
Mars niyə qırmızıdır? Alimlərdən İZAH

Mars niyə qırmızıdır? Alimlərdən İZAH

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mars, özünəməxsus pas rəngi səbəbindən uzun müddətdir ki, “qırmızı planet” kimi tanınır.
Bakıvaxtı.az
xəbər verir ki, alimlər Marsın bu rəngə sahib olmasının mümkün səbəbini aşkar edərək mövcud nəzəriyyələrə yenidən baxmağa sövq edib.
Günəş Sistemində ən çox tədqiq edilən planetlərdən biri olan Mars, orbitində və səthində işləyən kosmik missiyalar sayəsində geniş şəkildə araşdırılıb. Əvvəlki elmi araşdırmalara görə, Marsın qırmızı rəngi səthi örtən və tərkibində paslanmış dəmir mineralları olan toz təbəqəsi ilə əlaqələndirilirdi. Lakin yeni bir araşdırma bu nəzəriyyəni sual altına qoyub. Nature Communications jurnalında dərc edilən tədqiqata əsasən, Marsın qırmızı rənginin əsas mənbəyi əvvəl düşünüldüyü kimi hematit deyil, soyuq suyun təsiri ilə yaranan ferrihidrit adlı mineral ola bilər. Bu kəşf Marsın keçmişində suyun daha geniş yayıldığını və planetin yaşamağa yararlılığını daha fərqli şəkildə qiymətləndirmək lazım gəldiyini göstərə bilər.

Marsın səthini örtən dəmir oksidlərin əmələ gəlmə mexanizmini anlamaq alimlərə planetin keçmiş iqlimini və mühitini yenidən modelləşdirməkdə kömək edə bilər. Lakin bu toz təbəqəsinin tədqiq edilməsi çətindir. Yeni araşdırma çərçivəsində alimlər Avropa Kosmik Agentliyinin (ESA) Mars Express və ExoMars Trace Gas Orbiter missiyalarından, eləcə də NASA-nın Mars Kəşfiyyat Orbiteri və Curiosity, Pathfinder və Opportunity kimi robotlardan əldə edilən məlumatları təhlil ediblər.

Xüsusilə Trace Gas Orbiter cihazının CaSSIS görüntüləmə sistemi Mars tozunun hissəcik ölçüsünü və tərkibini müəyyən etməyə kömək edib. Alimlər daha sonra laboratoriyada Mars tozuna bənzər maddə hazırlayaraq müxtəlif dəmir oksidlərinin təsirini araşdırıblar. Təcrübələr nəticəsində ferrihidrit və bazalt qarışığının Marsın tozuna ən yaxın tərkibə malik olduğu müəyyən edilib.

Araşdırma qrupunun üzvü Adomas Valantinas, əldə olunan nəticələrin Marsın tarixi haqqında mühüm məlumatlar verdiyini vurğulayıb.

"Mars hələ də qırmızı planetdir, lakin onun niyə qırmızı olduğunu başa düşməyimiz dəyişdi", – deyə Valantinas bildirib.

Onun sözlərinə görə, ferrihidritin yalnız suyun olduğu mühitdə formalaşması Marsın düşündüyümüzdən daha erkən paslandığını göstərir. Bu isə o deməkdir ki, keçmişdə Mars səthində maye su daha geniş yayılmış ola bilər.

Bundan əlavə, alimlər təxmin edirlər ki, təxminən 3 milyard il əvvəl Marsda güclü vulkanik fəaliyyət baş verib və bu proses buz qatlarını əridərək su və süxurların qarşılıqlı təsirinə səbəb olub.

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri