Masallıda boğularaq ölən şəxslə bağlı ağrılı detal… FOTOLAR
Icma.az, News24 saytına istinadən bildirir.
Masallıda boğularaq ölən gənclə bağlı maraqlı detallar üzə çıxıb.
News24.az Teleqraf-a istinadən bildirir ki, bir neçə gün öncə Masallıda boğularaq vəfat edən 20 yaşlı İbad Əliyevin anti-terror əməliyyatlarının iştirakçısı olduğu məlum olub.
O, Masallı rayonunun Şərəfə kəndində anadan olub və yaxınlarının sözlərinə görə, xüsusi təyinatlı kimi xidmət edib, əməliyyatlarda fəal iştirak edib.
Əldə olunan digər maraqlı məqam isə ondan ibarətdir ki, İbad Əliyev 2003-cü ildə şəhid olmuş əmisi ilə eyni adı daşıyırmış. Mərhumun qohumu İlqar Həsənov bu barədə belə deyib:
“Əmisi şəhid olandan sonra dünyaya gəldi, adını da onun şərəfinə qoydular ki, yaşatsın. O da gəldi, belə qismət oldu. O boyda anti-terror əməliyyatında sağ qaldı, amma gəldi burada belə oldu…”
Məlumata görə, balıq tutmaq üçün su hövzəsinə gedən İbad Əliyev faciəvi şəkildə boğulub. O, ailəsinin qərarı ilə şəhid əmisinin məzarının yanında torpağa tapşırılıb.


Baxış sayı:73
Bu xəbər 22 İyul 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















