Icma.az
close
up
RU
Masallıda Çəltik və Düyü Festivalı və toxum sərgi satış yarmarkası keçirilib

Masallıda Çəltik və Düyü Festivalı və toxum sərgi satış yarmarkası keçirilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Masallı rayonunda kənd təsərrüfatının inkişafı, ənənələrin yaşadılması və aqrar sahədə innovativ texnologiyaların təşviqi məqsədilə Çəltik və Düyü Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub.

XQ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində Masallı rayonunda çəltikçilik sahəsində görülən işlər və bu sahənin potensialı geniş şəkildə təqdim olunub. Tədbirdə çəltik əkini və biçini üçün istifadə olunan müasir texnikalar nümayiş etdirilib, çəltik və düyüdən hazırlanan müxtəlif məhsullar ziyarətçilərə təqdim olunub. Festival iştirakçıları düyüdən hazırlanan ərzaq və qida məhsulları, müxtəlif kənd təsərrüfatı və ərzaq məhsulları, sənətkarlıq nümunələri, sənaye məhsulları və əl işləri ilə tanış olmaq imkanı qazanıblar.

Festivalın rəsmi açılışında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafı üçün qəbul olunmuş dövlət proqramlarının və Strateji Yol Xəritəsinin uğurla icra olunduğunu diqqətə çatdırıb. O, rayonda çəltikçiliyin inkişaf etdirilməsi istiqamətində görülən işlər, müasir emal müəssisələrinin istifadəyə verilməsi və əkin sahələrinin ildən-ilə genişlənməsinin dövlət dəstəyinin nəticəsi olduğunu vurğulayıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, Aqrar Biznes Festivalları artıq ənənəvi xarakter alaraq bölgələrdə dövlət-özəl əməkdaşlığının möhkəmlənməsinə xidmət edir. O bildirib ki, bu cür tədbirlər fermerlərin yeni texnologiyalar, innovativ yanaşmalar və bazar imkanları ilə tanışlığı baxımından böyük əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Məşhur Məmmədov çıxışında Masallıda keçirilən Çəltik və Düyü Festivalının kənd təsərrüfatının inkişafında xüsusi rol oynadığını vurğulayıb. O, belə tədbirlərin fermerlərlə dövlət qurumları, bank və kredit təşkilatları arasında birbaşa ünsiyyət üçün geniş imkan yaratdığını, onların ehtiyaclarının öyrənilməsi və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Deputat həmçinin, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında strateji yer tutduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Cavanşir Paşazadə isə çıxışında bölgələrdə təşkil olunan festivalların fermer və sahibkarlar üçün məhsullarını nümayiş etdirmək, yeni bazar imkanları tapmaq və təcrübə mübadiləsi aparmaq baxımından mühüm platforma olduğunu bildirib. O, həmçinin belə tədbirlərin maarifləndirmə xarakteri daşıdığını, çəltikçiliyin isə Masallı rayonunun iqtisadiyyatına mühüm töhfə verdiyini vurğulayaraq festivalın keçirilməsini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən fermer və şirkət nümayəndələri yaradılmış əlverişli şəraitə görə dövlətə və aidiyyəti qurumlara təşəkkür ediblər. Onlar Çəltik və Düyü Festivalının fermerlər və xüsusi mülkiyyətçilər üçün əlavə stimul yaratdığını, yeni təşəbbüslərin formalaşmasına töhfə verdiyini xüsusi qeyd ediblər.

Tədbir çərçivəsində həmçinin mövsümün növbəti toxum sərgi-satış yarmarkası keçirilib. Fermerlərin rayonlaşdırılmış, sertifikatlı toxumlara əlçatanlığını təmin etmək və aqrar sektorda keyfiyyətli toxum istehsalını təşviq etmək məqsədilə təşkil edilən sərgi-satış yarmarkasında geniş çeşiddə toxum nümunələri nümayiş olunub.

Yarmarka çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi və düzgün qulluq tədbirləri barədə də geniş məlumat verilib.  Fermerlərə bölgənin torpaq və iqlim şəraitinə uyğun  yumşaq buğdanın “Yubiley-90”, “Ləyaqətli-80”, “Lider”, “Gaudio”, “Esperia”, bərk buğdanın “Göytəpə”, “Rəvan”, arpanın “Cəlilabad-19”, “Dəyanətli” sortlarının istifadəsi tövsiyə olunub. Bildirilib ki, bu sortlar məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, yerli şəraitə yüksək uyğunlaşma qabiliyyəti ilə də seçilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri